“Bu mövsümü kuboksuz bitirmək istəmirik. Final matçının tək qalibi Azərbaycan futbolu olacaq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı” Futbol Klubunun vitse-prezidenti Tunc Aşfar deyib.
Mayın 23-də keçiriləcək Azərbaycan kubokunun final oyununu - “Bakı” - “Xəzər Lənkəran” qarşılaşmasını paytaxt klubunun rəhbər şəxləri də həyəcanla gözləyirlər. Klubun rəsmi internet saytına açıqlama verən “Bakı”nın vitse-prezidenti Tunc Aşfar həlledici qarşılaşmadan yalnız qələbə gözlədiyini bildirib. O, eyni zamanda “Xəzər Lənkəran”ın fanatlarına təşəkkür etməyi də unutmayıb: “Bu mövsümü kuboksuz bitirmək istəmirik. Eyni zamanda Lənkəran azarkeşlərinə öz təşəkkürümüzü bildiririk. Çünki şənbə günkü qarşılaşmadan sonra həm bizə, həm də komandamızı yalnız buraxmayan azarkeşlərimizə böyük hörmət göstərdilər. Bu, Azərbaycanda sadəcə futbolun deyil, həm də azarkeşliyin inkişaf etdiyini göstərdi. Ümid edirəm ki, bazargünkü matçda da tribunalar tam dolacaq, fair-play çərçivəsində gözəl bir oyun izləyəcəyik. Bu matçın tək qalibi Azərbaycan futbolu olacaq”.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”