Son ölkə çempionu “İnter” qızıl medal qazanandan sonra 3 həftəlik istirahətə çıxıb. Qol.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, artıq legioner oyunçularını da öz ölkələrinə yola salan paytaxt təmsilçisi bir də iyunun 7-də toplaşacaq.
Ölkəmizi Çempionlar Liqası kimi mötəbər turnirdə təmsil edəcək Kaxaber Sxadadzenin komandası bu turnirə hazırlıq yolunda ilk olaraq, futbolçuların fiziki hazırlığına diqqət yetirəcək. “Bankirlər” məhz fiziki hazırlığın gücləndirilməsinə xidmət edəcək ilk mərhələni bölgələrimizdən birində keçirəcək. İyunun 13-də Bakıya qayıdacaq komanda iki gün sonra xaricə üz tutacaq. “İnter”in xarici ölkədən hazırlıqdan qayıtma tarixi isə püşkatmadan asılı olacaq. Ölkə çempionumuz iyunun 21-də keçiriləcək püşkün nəticəsinə əsasən ilk oyunu səfərdə keçirsə, həmin görüşə az qalmış hazırlıq keçdiyi ölkədən birbaşa ora yollanacaq. İkinci təsnifat mərhələsində ilk oyunu evdə keçirməli olacağı halda isə, görüşə təxminən bir həftə qalmış vətənə dönəcək.
Qeyd edək ki, paytaxt təmsilçisinin hansı ölkəyə üz tutacağı da hələlik bəlli deyil. Mətbuat xidmətindən aldığımız məlumata görə, son ölkə çempionu yeni mövsüm və ÇL üçün təlim-məşq toplanışını ya Türkiyədə, ya da Bolqarıstanda həyata keçirəcək. “İnter”in ÇL-də ilk oyununu iyulun 13-14-də, cavab görüşünü bir həftə sonra keçirəcəyini də əlavə edək.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”