"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Rusiyanın tanınmış "Sovetskiy Sport" qəzetinə müsahibə verib. Qol.Az həmin eksklüziv müsahibəni kiçik ixtisarlarla təqdim edir.
- Otağınızın yığışdırılmasına əsasən demək olar ki, iş yeriniz sizin ikinci evinizdir.
- Mən hələlik böyük təcrübəsi olmayan, yeni başlayan məşqçiyəm. Gürcüstanda klublarla, gənclər üzrə milli komandayla çalışmışam, sonra Azərbaycana gəlmişəm. Öncə “Standard”ı çalışdırmışam, indisə Azərbaycan çempionatının liderlərindən biri olan “İnter”lə işləyirəm. Əlbəttə, enerji çoxdur, irəliyə getmək istəyirəm. Bunun üçün isə çox və yaxşı işləmək lazımdır. İşə güç əsirgəmirəm. Hərdən çox yoruluram, hətta taqətdən düşürəm. Çempionat elə təşkil olunub ki, sonunda gərginlik artır. Nə etmək olar, işləmək lazımdır.
- Tbilisinin “Lokomotiv” komandasının oynayan məşqçisi olduğunuz zaman fikirlərinizdə qarışıqlıq yaranırdımı?
- O zaman anladım ki, oynayan məşqçi olmaq olmaz. Belə bir peşə yoxdur. Bu, elə bir prosesdir ki, mükəmməlliyə çatmaq mümkün deyil.
- Məşqçilik təhsili - bu, daha çox nəzəriyyədir, yoxsa praktika?
- Elə anlar var ki, onları kitablardan oxumaq və ya mühazirədə eşitmək olar, təcrübə dövründə həmkarlardan öyrənmək olar. Lakin hər bir məşqçinin öz zövqü olmalıdır. Sən, əlbəttə ki, böyük məşqçilərin yazdıqları kitablardan bilikləri əxz etməklə futbolçuya başa sala bilərsən ki, məsələn, meydanda mövqeni necə saxlamaq olar. Ancaq məşqçi futbolu hiss etmirsə, o, çətin ki, nəyəsə nail olsun.
- Məşqçi Tsxadadze hansı prinsiplərə üstünlük verir?
- Məşqçi hansısa istiqamətə üz tutursa, ona dəqiq əməl etməlidir. Bəli, futbol daim inkişaf edir. taktiki sxemlər dəyişir, fərdi ustalıq, sürət artır. Amma işin ümumi istiqaməti dəyişməməlidir. Mən heç zaman prinsiplərimdən kənara çıxmayacağam.
- Nəyə görə keçmişdə, nadir istisnalar olmaqla, böyük futbolçu olmuş insanlar böyük məşqçi ola bilmirlər?
- Ona görə ki, böyük futbolçular hətta məşqçilik karyerasına başladıqları zaman futbolçu kimi düşünməyə davam edirlər. Bu, ən əsas problemdir. Əgər keçmişdə böyük futbolçu olmuş məşqçi tabeçiliyində olanlara özünün böyük karyerası prizmasından baxacaqsa, o zaman məşqçi heç nəyə nail olmayacaq. Futbolçunu özünün potensialına görə yox, onun şəxsi potensialına uyğun qiymətləndirmək lazımdır. Məşqçi, əlbəttə ki, özünün karyerasını nümunə gətirə bilər, lakin onu ehtiyatlı etməlidir. Tənqid məntiqli olmalıdır. Məhv yox, istiqamətləndirmək lazımdır. Əks təqdirdə, sənə, sadəcə, komandada hörmət etməyəcəklər.
- Komandada hörmət, belə anladım ki, sizin üçün məşqçi kimi ən əsasıdır?
- Yalnız insani hörmət deyil, həm də oyunçular tərəfindən sənin bilik səviyyənin qəbul edilməsi də vacibdir. Əgər futbolçu hesab edir ki, məşqçi nəzəriyyədə cəfəngiyyat danışır, o zaman bundan yaxşı heç nə çıxmayacaq. Oyunçular sənin fikrinə hörmət etməlidirlər, mən isə nüfuzumu meydanda təsdiqləməliyəm. Yeri gəlmişkən, məğlubiyyəti araşdırarkən futbolçuların gözlərinə baxaraq, kimin məni necə dinlədiyini görürəm. Əlavə etmək istəyirəm ki, hörmətdən başqa futbolçunun məşqçiyə inanması da əhəmiyyətlidir.
- Karyeranızda elə məşqçilər olub ki, onlara hörmət etməmisiniz?
- Məşqçilərlə bəxtim gətirib. Onların hamısı peşəkar olublar. Gürcüstanda mənim Kipiani və Çivadze ilə gözəl münasibətlərim olub. Rusiyada Qazzayevlə, Bışovestlə, Hacıyevlə, Almaniyada Toppmellerlə, Haynkeslə. Hamısı haqda eyni sözləri deyə bilərəm. Onların hamısı böyük məşqçilərdir. Amma karyeramın sonunda “Mançester Siti” komandasının məşqçisi Co Royl ilə ciddi mübahisəm olub. Komandaya gələn kimi məni skamyada oturtdu. Bir sözlə, aramızdan qara pişik qaçdı. O zaman o, mənə, mən də ona hörmət etmədim. Lakin sonradan futbol bizi barışdırdı. O zaman mən nədəsə haqlı deyildim. Yenidən nümayiş etdirməliydim ki, mən yaxşı futbolçuyam və meydanda çox şey etməyi bacarıram.
- Qvardiola fenomenini necə izah edərdiniz?
- O, özü böyük futbolçuydu, lakin məşq keçməyə başlayan zaman onu unutdu. Onun necə böyük müəllimləri olub: Kroyf, Van Qal, Robson! O, “Barselona”da məşqçi kimi böyüyüb. Qvardiola haqqında hamıdan yaxşı Lionel Messi deyib. Argentinalının sözlərinə görə, Qvardiolanın əsas cəhəti futbol biliyindən savayı insani keyfiyyətləridir. İspaniyalı məşqçi yaxşı psixoloq olduğunu göstərdi. O, böyük futbolçularla gözəl münasibətlər yaratmağı bacardı. “Barsa” üçün oynayan həmin professorlar gənc məşqçiyə tamamilə güvənirlər. Bu, onun ən böyük cəhətidir.
- Siz necə, yaxşı psixoloqsunuz?
- Bilmirəm. Zamanın müxtəlif anlarında futbolçulara təsir göstərməyə çalışıram, lakin özümə qiymət verə bilmərəm. Psixoloq olmaq vacibdir. İstənilən sahədə orta səviyyəli mütəxəssis olmaq olar. Ancaq pis psixoloq olmaq heç bir halda olmaz!
- Futbolçunu nədə bağışlayarsınız, ancaq nədə heç vaxt?
- Dünyanın heç bir məşqçisi komandaya və nəticəyə biganə olan futbolçunu komandada saxlamaz.
- Rejimi pozanları bağışlayırsınız?
- Buna görə cəzalandırmaq lazımdır, lakin birdən-birə küncə qoymaq olmaz. Mən rejimə əməl edən futbolçu olmuşam, lakin yenə də heç kimi özünlə eyniləşdirmək olmaz. Biz hamımız robot yox, canlı insanlarıq. Ən başlıcası odur ki, futbolçu hər şeyi anlasın və dərk etsin ki, gələcəkdə residiv olmasın. Bu xətti keçənlə yolları ayırmaq lazımdır.
- Mentalitetə görə siz Qərb, yoxsa sovet məşqçisiniz?
- Qərb.
- Bu, özünü danışmağı bacardığnız 4 əcnəbi dildən savayı nədə göstərir?
- Mən dəqiqliyi sevirəm. Çox sevirəm! Verilən sözü yerinə yetirmək lazımdır. İkincisi, futbolçularla mən oynadığım zamanlardan fəqrlənən münasibətlər yaradıram. Bəli, məşqçilə oyunçular arasında sərhəd var, lakin sonunçulara ünsiyyətdə daha çox sərbəstlik verirəm.
- Çoxdan məlimdur ki, keçmişdə hücumçu olan məşqçilər komandasının oyununu müdafiədən və əksinə qurmağa üstünlük verirlər. Siz istisna təşkil edirsiniz?
- Mən bütün komandalarıma sırf hücüm futbolu oynamağı tapşırıram. Mənim “İnter”im Azərbaycan çempionatında hamıdan çox qol vurub.
Yazı "İnter" klubunun rəsmi saytından götürülüb.
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür