Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilmişdir. Qol.Az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, gündəlikdə duran məsələlər dinləndikdən sonra Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin və birinci divizion komandaları arasındakı çempionatın sonuncu turunda qeydə alınan qanun pozuntularına da hüquqi qiymət verilib.
Əvəzedicilər arasındakı çempionatın 32-ci turunun "Qəbələ" - "Neftçi" matçında "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. "Xəzər Lənkəran" - "Karvan" matçının 66-cı dəqiqəsində "Xəzər Lənkəran"ın futbolçusu Sadiq Ramazanov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
Birinci divizionda isə 22-ci turun "Şahdağ" - "Gəncə" matçının 90+3-cü dəqiqəsində "Sahdağ"ın futbolçusu Şıxqayıb Şıxqayıbov və Zahid Tayıbov, eləcə də "Gəncə"nin futbolçusu Vəli Qafarov, Azər Məmmədov rəqibini vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçular 2 oyunluq cəzalanıb, hər bir klub 400 manat cərimə olunub.
"Rəvan" - MOİK matçınıda "Rəvan"ın 7, MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər bir klub 100 manat cərimə olunub.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”