"Bakı" qalib gəldi

XƏBƏR 18 Yanvar 2009 / 21:50 2847
-  A +

Antalyada təlim məşq toplantısını davam etdirən "Bakı" ilk görüşündə qələbə qazanıb.Qol.Az-ın məlumatına görə, paytaxt komandası Türkiyənin 1-ci liqa təmsilçisi "Şanlı Urfa" klubunu 5-3 hesabı ilə məğlub edib."Bakı"nın qollarını Əhməd Ticani, Amiran Muciri, Hasan Suari, Georgi Adamiya və Papa Çeyxona vurub. İlk yarıda 0:2 hesabı ilə məğlub duruma düşməsinə baxmayaraq "Bakı" oyunu xilas edə bilib. 1-ci hissənin sonuna yaxın bərabərlik qolunu vuran paytaxt təmsilçisi 2-ci yarıda oyunu dəyişə bilib. Xüsusən Georgi Adamiya və Mahmud Qurbanovun meydana daxil olması ilə üstünlüyü ələ alan Hacıyevskinin komandası 5:2 hesabı ilə irəli çıxıb. Yalnız son dəqiqələrdə hesab arasındakı fərqi azladan türk klubu böyük hesablı məğlubiyyətdən xilas olub. Qeyd edək ki, oyunu Anar Salmanovun başçılıq etdiyi azərbaycanlı hakimlər briqadası idarə edib.

Son xəbərlər