Berti Foqts: «O, əla idman formasındadır»

Berti Foqts: «O, əla idman formasındadır»
XƏBƏR 17 May 2010 / 19:21 2924
-  A +

Milli komandamızın baş məşqçisi Berti Foqts Almaniya futbolunun ulduzu Mixael Ballakın zədəsi səbəbindən bu yay Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatından kənarda qalmasından məyus olduğunu söyləyib. Qol.Az-ın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Foqts Ballakın dünya çempionatına getməməsini ciddi itki kimi dəyərləndirib. Bununla belə, o qeyd edib ki, Ballakın olmaması digər futbolçulara özünü göstərmək imkanı yaradacaq: «Məsələn, ilk növbədə «Bavariya»nın futbolçusu Bastian Şvaynştayger komandasını arxasınca aparmaq gücündədir. O, hazırda əla idman formasındadır. Mənim fikrimcə, Bastian dünya çempionatının əsas simalarından biri ola bilər».


Qarabağ FK
Son xəbərlər
topaz banner