«Biz Lənkərana onları çempionluqdan etmək üçün deyil, özümüz çempion olmaq məqsədilə getmişdik. Çempionatda ikinci olduğumuz üçün çox üzgünük». Bu sözləri Qol.Az-ın müxbirilə söhbətində «Bakı» klubunun baş məşqçisi Cüneyt Biçər deyib. O, səfərdə komandasının «Xəzər Lənkəran»ı 1:0 hesabı ilə məğlub etdiyi oyunundan məmnun qaldığını bildirib. Oyunçularının psixiloji vəziyyətinin yüksək səviyyədə olduğunu qeyd edən baş məşqçi kuboku qazanacaqlarına inandığını qeyd edib: «Bir çoxları deyir ki, biz «Xəzər Lənkəran»ı çempionluqdan etmişik. Mən bu fikirlə qətiyyən razı deyiləm. Çünki bizim də çempion olmaq şanslarımız var idi. Meydana da məhz bu istəklə çıxmışdıq. Nəticədə qələbə də qazandıq. Lakin digər oyunun nəticəsinə görə çempion deyil, ikinci olduq. Bunun üçün çox üzgünük. Deyərdim ki, «Xəzər Lənkəran» deyil, biz çempionluqdan olduq. Əgər digər oyunun nəticəsi istədiyimiz kimi olsaydı, biz çempion olacaqdıq. Qarşıdakı matça gəlincə, kuboku qazanacağımıza inanıram. Lakin «Xəzər Lənkəran»ı son matçda məğlub etməyimiz final matçında asanlıqla qələbə əldə etmək anlamına gəlməz. Qarşıdakı oyun son dərəcə gərgin keçəcək. Çünki hər iki komanda kuboku qazanmaqda iddalıdır. Ona görə ki, həm biz, həm «Xəzər Lənkəran» mövsümü kubokla bağlamaq istəyirik. Həmçinin «Xəzər Lənkəran» ötən matçın qisasını almağa çalışacaq ki, bu, oyunu daha da gərginləşdirəcək. Ancaq kuboku biz qazanacağıq».
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar