2009-2010 mövsümünü bürünc medallarla bitirən “Qarabağ” son turun “Neftçi” ilə oyunundan bir gün sonra, yəni dünən mövsümə vida mərasimi keçirilib. Qol.Az-ın Ağdam klubunun rəsmi internet saytına istinadən məlumatına görə, “Qarabağ”ın başqanı Tahir Gözəl, “Azersun Holdinq” Şirkətlər qrupunun baş direktoru Fevzihan Aras, klubumuzun direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov və məşqçilər heyəti, futbolçular, idari, texniki və inzibati heyətinin iştirakıyla keçirilən tədbir xoş ovqatda keçib. İlk olaraq baş məşqçi Qurbanov danışıb. O, ötən mövsümü dəyərləndirərək arxada buraxdığımız futbol ilini analiz edib. Klub rəhbərliyinin daim komandanın yanında olmasını mühim amil kimi dəyərləndirən gənc mütəxəssis rəhbərliyə buna görə təşəkkür etdi və gələn mövsümdə hədəflərinin daha da böyüyəcəyini bildirib.
Ardınca danışan Fevzihan Araş bu il “Qarabağ”ın onlar üçün əsl həyəcan yaşatdığını, komandanın sonacan çempionluq uğrunda mübarizə aparmasının artıq camiə olaraq çempionluğa inam gətirdiyini və gələcək illərdə bu təcrübənin faydalı olacağını bildirib. Sonra isə Tahir bəy danışıb. Gözəlin vurğuladığı ilk söz bu olub: “Belə kluba sahib olduğuma görə qürur duyuram!” Başqan komandanın uğurlarında özəl ruha malik olmasından danışıb, “Qarabağ”ın uğurlarında sürücüdən tutmuş ən sıravi işçinin də əməyini qeyd edib. T.Gözəl arxada qalan ili dəyərləndirərkən özəlliklə, “Xəzər Lənkəran”la kubok oyununun onun xatirəsində unudulmaz iz buraxdığını söyləyib. O, Rauf Əliyevin ayağının az qala qırılmasına baxmayaraq meydanda qalması, 9 nəfərlə mübarizə aparmasına baxmayaraq komandanın sonadək döyüşməsinə mütəəsirləndiyini bildirib. Çempionluqdan daha vacib olan şeyin insanlıq olduğunu vurğulayan başqan bu baxımdan “Qarabağ”ın daim qazanclı olduğunu vurğulayıb.
Ardınca futbolçuların adından komandanın əfsanəvi kapitanı Aslan Kərimov danışıb. Rəhbərliyə daim verdiyi dəstəyə görə təşəkkür edən Aslan eyni zamanda Tahir Gözələ komanda adından özəl olaraq hazırlanmış şarj təqdim edib. Yenidən söz alan Qurban Qurbanov isə bir neçə gün sonra ad gününü qeyd edəcək klubun direktoru Əmrah Çəlikələ futbolçular tərəfindən alınmış hədiyyəni təqdim edib.
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu
"İmişli" 5 qolla qalib gəldi
“Sabahın Ulduzları”: Sabahdan daha uzağa uzanan yol
"Qəbələ"də nigeriyalı futbolçu
"Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın işi deyil" - AFFA-nın texniki direktoru
“Qarabağ”ın iştirak ərizəsi - Heyətdə dəyişiklik var
"Turan Tovuz" "Monpelye"nin yetirməsini transfer etdi
Toral oynadı, komandası qalib gəldi
Daha 1 il "Araz-Naxçıvan"da