Azərbaycan parlamentinin deputatlarının əksəriyyəti 2010-cu il dünya çempionatının favoriti kimi Braziliya yığmasını görürlər.
"Ən çox azarkeşlik etdiyim komanda Türkiyə yığmasıdır, amma təəssüf ki, qardaş ölkənin millisi bu çempiontda iştirak etmir. Ona görə Dünya Çempionatında Braziliyaya azarkeşlik edəcəyəm və düşünürəm, bu komandanın qalib olmaq şansları yüksəkdir", - deyə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
Onun sözlərinə görə, Avropa qitəsini təmsil edən Hollandiya və İngiltərə yığma komandalarına da rəğbəti var: "Amma istərdim, bu dəfə dünya çempionatının qalibi adını Cənubi Amerikanı təmsil edən Braziliya qazansın".
F.Ağamalı deyib ki, İspaniya dünya kubokuna sahib olarsa, bu, onun üçün sürpriz sayıla bilər.
Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov da Avropa və dünya çempionatlarında bir qayda olaraq, Türkiyə yığmasına azarkeşlik etdiyini bildirib: "Qardaş ölkə bu çempionatda çıxış etməyəcək. Bu səbəbdən, yenə Avropa millilərindən birinin oyununu izləyəcəyəm və istərdim, qalib də bu qitənin komandalarından biri olsun".
Uşaqlıqdan futbol oyunlarına azarkeşlik etdiyini xatırladan millət vəkili Gültəkin Hacıbəyli də Türkiyənin bu mundialda olmamasına heyfsilənir: "Cənubi Afrikada keçiriləcək Dünya Çempionatında Almaniyaya azarkeşlik edəcəyəm və favorit də onları hesab edirəm".
"Mən yaxşı futbol oynayan hər bir komandaya azarkeşlik edə bilərəm. Amma bu çempionatın favoriti Braziliyanı hesab edirəm. Bununla belə, braziliyalıların çempion olacağını deyə bilmərəm". Bunu isə millət vəkili Yevda Avramov deyib.
Onun fikrincə, Avropa qitəsini təmsil edən İngiltərə yığması da bu çempionatın ən güclü komandalarından biridir: "Sürpriz komandaya gəldikdə, heç bir ölkənin yığmasının adını çəkə bilmərəm. Amma qeyd etmək istərdim ki, ötən Avropa çempionatında Türkiyə sürpiz etməyi bacardı".
Son vaxtlar Avropa və dünya çempionatlarını ardıcıl izləyə bilməyən millət vəkili Fuad Muradovun azarkeşlik etdiyi üç komnda var: "Bunlar Braziliya, Almaniya və İtaliya yığmalarıdır. Cənubi Afrikada keçiriləcək çempionatda isə Braziliyanın qalıb olcağına daha çox inanıram".
Deputat Azay Quliyev Braziliya və İspaniyanı favorit hesab etdiyini açıqlayıb: "Mən budəfəki dünya çempionatında Braziliya və İspaniyanı əsas favoritlər hesab edirəm. Düşünürəm ki, gücləri də təxminən bərabərdir". Onun fikrincə, Braziliyanın çempionatın qalibi olmaq şansı 51, İspaniya millisininki isə 49 faizdir.
"Mən bir qayda olaraq, bu cür turnirlərdə İtaliya millisinə azarkeşlik edirəm. Çünki bu komandanın oyun üslubu digərlərindən fərqlənir", - Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa belə deyib. Onun sözlərinə görə, Türkiyənin iştirak etməyəcəyi çempionatda hansısa komandanın sürpriz edəcəyini gözləmək olmaz.
Xatırladaq ki, Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək 2010-cu il dünya çempionatının final mərhələsində 32 milli komanda 8 qrupda yer alıb. Mərasimdən öncə bu yığmalar gücünə və zonasına görə, 4 səbətə bölüşdürülüb.
Mənbə: trend.az
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür