Ölkə çempionatı üçüncü pillədə başa vuraraqt Azərbaycanı avroliqada təmsil etmək hüququ qazanan «Qarabağ»ın potensial rəqibləri məlum olub. Qol.Az-ın məlumatına görə, ötən mövsüm keçirilən ilk avroliqada 2 mərhələ keçən Ağdam təmsilçisi bu dəfə ilk mərhələdən yarışa başlayacaq. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 1 və 8-i keçiriləcək 1 təsnifat mərhələsində «Qarabağ» səpələnmiş qrupdan başlayacaq. Bu o deməkdir ki, təmsilçimizin ötən mövsüm əldə etdiyi reytinq komandanın bir üst səbətdə yarışa qoşulmasına səbəb olub. Potensial rəqiblər sırasında isə (səpələnməmişlər) «Flora», «Narva Trans» (hər ikisi Estoniya), «EB Streymur», «Runavik» (Farer adaları), «Qlentoran», «Portadaun» (Şimali İrlandiya), «Banants», «Uliss» (Ermənistan), Falkir (İslandiya), Metallurq Skopye (Makedoniya), «Şaxtyor» (Qazaxıstan), Laçi (Albaniya), «Llanelli», «Port Talbot Taun» (Uels), «Valetta» (Malta), «Santa Koloma», «Lusitanos» (Andorra), bundan əlavə, bir San-Marino, bir Çernoqoriya və iki Lüksemburq təmsilçisi var.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar