“Neftçi” İdman Sağlamlıq Mərkəzinin (İSM) eyniadlı futbol komandası “Azərikimya” İstehsalat Birliyinin (İB) himayəsinə keçib.
Bu haqda “Neftçi” İSM-in prezidenti Sadıq Sadıqov məlumat verib. Onun sözlərinə görə, hazırda I divizionda çıxış edən “Neftçi” İSM-ə bundan sonra “Azərikimya” İB sponsorluq edəcək. Komanda isə Bakını deyil, Sumqayıtı təmsil edəcək. Yaxın vaxtlarda komandanın adının dəyişdiriləcəyi gözlənilir: “Açığı, “Neftçi” İSM I divizionda yüksək yerlər uğrunda da oynaya bilərdi. Sadəcə, mən “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti olduqdan sonra “Neftçi” İSM-ə bilərəkdən tələbkarlığı azaltdım. Çünki iki komandaya eyni şəxsin rəhbərlik etməsi müəyyən söz-söhbətlər yarada bilərdi. Amma özüm qurduğum komandanı buraxmaq da mənim üçün ağır idi. Ona görə də “Neftçi” İSM futbol komandasının başqa təşkilatın himayəsinə verilməsini təklif etdim. Artıq rəsmi səviyyədə qərar qəbul olunub. Bundan sonra komandaya “Azərikimya” İB himayədarlıq edəcək”.
Sadıqov 2010-2011-ci il mövsümünün startınadək klubun adının dəyişdirilməsi və Sumqayıtı təmsil etməsi istiqamətində hüquqi sənədləşmə işlərinin aparılacağını da diqqətə çatdırıb.
Qeyd edək ki, “Azərikimya” İB-nin sədri vəzifəsinə bu yaxınlarda Muxtar Babayev təyin olunub. Babayev bu təyinatadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb.
Mənbə: lent.az
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar