Mişel Koks: "FİFA Azərbaycanda görülən işlərdən çox razıdır"

Mişel Koks: "FİFA Azərbaycanda görülən işlərdən çox razıdır"
XƏBƏR 17 May 2010 / 13:13 1748
-  A +

"FİFA futbolun inkişafı üçün burada görülən işlərdən çox razıdır". Qol.Az-ın məlumatına görə, bu sözləri ölkəmizdə səfərdə olan FİFA-nın Qadın Futbolu Komitəsinin üzvü Mişel Koks deyib.
Qadın futbolunun inkişafı yönündə ölkəmizdə aparılan işlərlə tanış olmaq üçün Bakıya təşrif buyuran FİFA rəsmisi AFFA-nın rəsmi internet saytına fikirləriri bildirib: "Azərbaycana gəlməkdə əsas məqsədim dünya çempionatına hazırlıqla bağlı buradakı vəziyyətlə tanış olmaqdır. Azərbaycanda çoxlu dostlarım var və buna görə qürur duyuram. FİFA 17 yaşadək qızlardan ibarət milli komandaların dünya çempionatının Azərbaycanda keçirilməsini çox istəyirdi. Çünki FİFA futbolun inkişafı üçün burada görülən işlərdən çox razıdır".

Son xəbərlər