Hakimlərin Antalyada olması şok yaradıb

XƏBƏR 18 Yanvar 2009 / 17:02 2851
-  A +

"AFFA rəhbərliyinin Azərbaycan tarixində ilk dəfə hakimlərin yüksək səviyyədə Antalyada təlim məşq toplantısı keçirməsinə şərait yaratması böyük hadisədir". Bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Qol.Az-ın müxbiri ilə söhbətində deyib. Məmmədov hər gün məşq edəcək hakimlərin eyni zamanda bir neçə ciddi oyunlar idarə edəcəyini bildirib. Komitə sədri indiyə kimi Antalyada əsasən yerli həvəskar hakimlərin oyunlar idarə etdiyini və çoxlu sayda səhvlərə yol verdiklərini söyləyib. "Elə buna görə də güclü komandaların güclü hakimlərə ehtiyacları var idi. Bura gəldiyimizi bilən əksər komandalar artıq durmadan bizə müraciət edirlər. "Lokomotiv" rəhbərliyi dünən axşam otelə gələrək onların oyununa gəlməyimiz xahiş elədi. Görünür onların əvvəlcədən bizim gələcəyimizdən xəbərləri var idi. Bu gün səhər isə şəxsən Valeri Nepomnyaşi zəng edərək bizi "Tom"un oyununa dəvət etdi". Xaqani Məmmədov oyunlara hamılıqla getdiklərini və sonradan bütün qarşılaşmaları birlikdə analiz edəcəklərini söylədi. "Peşəkar Futbol Liqası da bizim işimizə dəstək verir. PFL-in çəkiliş qrupu bütün qarşılaşmaları lentə alır ki, bu da bizim işimizə böyük koməklikdir"  

Son xəbərlər