Dünən Unibank Premyer Liqasının cari mövsümünün qalibləri müəyyənləşdi. Qol.Az-ın məlumatına görə, “Bakı”nın səfərdə “Xəzər Lənkəran” üzərindəki qələbəsi sayəsində doğma meydanda “Qəbələ”ni məğlub edən “İnter” növbəti çempionluğuna qovuşdu.
Buna həm də “Qarabağ”ın “Neftçi” ilə səfər matçında qolsuz heç-heçə etməsi şərait yaratdı. Çünki Ağdam təmsilçisi də qalib gəlsəydi, çempionluğun taleyi bir qədər də gec müəyyənləşəcəkdi. Elə olan halda “İnter”lə “Qarabağ” eyni xala malik olacaqdı ki, qalibi müəyyən etmək üçün “qızıl oyun”un keçirilməsinə ehtiyac duyulacaqdı.
Lakin göründüyü kimi, 32-ci turun ilk oyun günündə hər şeyə aydınlıq gəldi. Bu isə, yerli məşqçilərin əcnəbi həmkarlarına məğlubiyyəti ilə müşaiyət olundu. Məsələ burasındadı ki, “birinci altılıq”da mübarizə aparan klubların çalışdırıcılarından dördü yerli olduğu halda (Qurban Qurbanov, Ağasəlim Mircavadov, Arif Əsədov, Ramiz Məmmədov), cəmi ikisi əcnəbi idi (Cüneyt Biçər və Kaxaber Sxadadze). Amma sonda iki əcnəbi yerlilərdən daha güclü çıxdı. Çünki həm qızıl, həm də bürünc medallarlar “İnter”lə “Bakı”nın qeyri-azərbaycanlı məşqçisinə qismət olduğu halda, bizimkilər yalnız bürünc medalla təskinlik tapmaq məcburiyyətində qaldılar. Yerli mütəxəssislərin üzünü ağ edən isə yalnız “Qarabağ”ın gənc çalışdırıcısı Qurban Qurbanov oldu.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar