Bu gün birinci divizion komandaları arasında təşkil olunan ölkə çempionatında da son turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, baş tutan üç oyunun ikisində heç-heçə qeydə alınarkən, daha bir qarşılaşmada da qonaqlar qələbəni bayram edən tərəf olub. Ən maraqlı məqamlardan biri isə şübhəsiz MOİK-in ardınca elitaya vəsiqə qazanan ikinci komandanın da adının müəyyənləşməsi olub. “Şahdağ” – “Gəncə” matçında mütləq qələbə qazanmağa borclu olsa da, bunu bacarmayıb. Fasilədən sonra yenik duruma düşən bölgə təmsilçisi Qusar klubuna məğlubiyyətdən yalnız son saniyələrdə yaxa qurtara bilib. Lakin bu heç-heçə sayəsində “Gəncə”nin də MOİK-in ardınca Premyer-Liqaya yüksəlməsi rəsmiləşib.
Birinci divizionda son turun qalan oyunları sabah keçiriləcək.
Birinci divizion
22-ci tur
15 may
"Ədliyyə" (Bakı) - "Neftçi" İSM (Bakı) 1:1
Qollar: Vüsal Quliyev, 87 - İzzətəli Süleymanov, 76.
Bakı. "Ədliyyə" stadionu.
"Şahdağ" (Qusar) - "Gəncə" 1:1
Qollar: Zahid Tayıbov, 77 - Elxan Əzizov, 90+1.
Qusar. Şövkət Orduxanov adına şəhər stadionu.
"Göyəzən" (Qazax) – "Energetik" (Mingəçevir) 1:3
Qollar: Amin Cəfərov, 1 - Pərvin Mədətov, 32; 44. Mübariz Abbasov, 90+2.
Qazax. Şəhər stadionu.
16 may (bazar)
"ABN-Bərdə" - "Anşad-Petrol"
Hakimlər: Anar Niyazov, Həsən Babayev, Vasif Məmmədov, Etibar Həsənov.
Hakim-inspektor: Nemət Mahmudov.
Bərdə. Şəhər stadionu. Saat 17.00.
"Rəvan" - MOİK
Hakimlər: Zahid Musayev, Rasim Əhmədov, Elşən Acalov, Ramil Əhmədov.
Hakim-inspektor: Adil Ələsgərov.
Buzovna. Qəsəbə stadionu. Saat 17.00.
"MKT-Araz" - "Bakılı"
Hakimlər: Feyzulla Feyzullayev, Ramiz Məhərrəmov, Əli Cəbrayılov, İlqar Zeynalov.
Hakim-inspektor: Pərviz Əhmədov.
İmişli. Heydər Əliyev adına şəhər stadionu. Saat 17.00.
1. “Gəncə” 22 14 5 3 51-15 47
2. MOİK 21 15 2 4 47-22 47
3. “Bakılı” 21 14 1 6 38-15 43
4. “Neftçi” İSM 22 12 3 7 38-26 39
5. “MKT-Araz” 21 10 5 6 37-26 35
6. “Rəvan” 21 10 4 7 29-27 34
7. “ABN-Bərdə” 21 10 3 8 29-23 33
8. “Şahdağ” 22 8 8 6 33-24 32
9. “Anşad-Petrol” 21 5 2 14 25-59 17
10. “Energetik" 22 3 6 13 24-51 15
11. “Ədliyyə” 22 3 5 14 16-40 14
12. “Göyəzən” 22 1 4 17 16-55 7
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar