«Neftçi» bugünkü oyunla bir daha sübut etdi ki, onun adı ətrafında gəzən bütün söhbətlər əsassızdır». Qol.Az-ın məlumatına görə, bu sözləri «Neftçi»nin baş məşqçisi Arif Əsədov «Qarabağ»la bugünkü qarşılaşmadan sonra keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, bu matça qədər «Neftçi»nin meydana əvəzedici heyətin futbolçularını daxil etməklə oyunu «Qarabağ»a bilirəkdən uduzacağı haqda iddialar dolaşırdı.
Arif Əsədov isə deyib ki, bu gün "Neftçi"nin start heyətindəki 11 futbolçunun hamısı azərbaycanlı olub: «Onlar meydana çıxıb layiqli mübarizə apardılar. Təbii ki, bu mövsümü özümüz üçün itirilmiş sayıram. Konkret bugünkü görüşdə isə futbolçularımızın oyunundan razı qaldım».
Xatırladaq ki, bu gün keçirilən «Neftçi» - «Qarabağ» oyunu 0:0 hesabı ilə başa çatıb. Bu heç-heçə «Qarabağ»ın «İnter»lə birgə qızıl oyunda çıxış etməsini əngəlləyib.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar