«Bəli, əgər bu gün biz qələbə qazansaydıq, hətta çempion da ola bilərdik. Fasilədə futbolçuların «Xəzər Lənkəran»ın «Bakı»ya uduzması xəbərini eşitməsi onlarda arxayınçılıq yaratdı». Qol.Az-ın məlumatına görə, bu sözləri «Neftçi»ylə oyundan sonra «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, ikinci hissədə futbolçular özlərini itirdilər, bunun da nəticəsində qol vura bilmədilər: «Son turun oyunları bir daha builki Azərbaycan çempionatının maraqlı keçdiyini sübut etdi. Mənim komandam üçün bu mövsüm dağa ağır oldu. Onlar üç cəbhədə mübarizə apardılar: milli komandada, kubok yarışlarında və Premyer Liqada. Bütün bu gərginlik, həm də komandanın futbolçularının gənc olması son turda özünü göstərdi. «Neftçi»ylə oyunda istədiyiniz nəticəni əldə etmək üçün futbolçuların psixoloji hazarlığı çatmadı».
Xatırladaq ki, bu gün keçirilən «Neftçi» - «Qarabağ» oyunu 0:0 hesabı ilə başa çatıb. Bu heç-heçə «Qarabağ»ın «İnter»lə birgə qızıl oyunda çıxış etməsini əngəlləyib.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar