Babək Quliyev ""Lokomotiv" - ""Saturn" oyununu idarə etdi

XƏBƏR 18 Yanvar 2009 / 16:35 2967
-  A +

Antalyada təlim məşq toplanışında olan Azərbaycan hakimləri artıq oyunlar idarə etməyə başlayıblar. Qol.Az-ın məlumatına görə, bu gün ilk imtahanı FİFA referisi Babək Quliyev verib. "Titanik" otelinin futbol meydanında keçirilən "Lokomotiv" Moskva - "Saturn" Ramenskoe görüşünü idarə edən Quliyev işinin öhdəsindən bacarıqla gəlib. FİFA referisinə bu görüşdə Ramiz Əsədovla Orxan Məmmədov kömək ediblər. 4-cü hakim isə Zöhrab Əliyev olub. 1-1 hesabı ilə başa çatan qarşılaşmanın sonunda hər 2 tərəf idarəçilikdən razı qalıblar.

Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib