Peşəkar Futbol Liqasının Unibank Premyer Liqasının qalibinə çempionluq kubokunu stadiondaca təqdim etmək istəyi baş tutmayıb.
Bu haqda PFL-in prezidenti Ramin Musayev məlumat verib. Onun sözlərinə görə, buna çempionluğun taleyinin 1 deyil, 3 stadionda həlli variantı səbəb olub. Qızıl medallara daha çox “Xəzər Lənkəran” yaxın olsa da, Musayev kuboku Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək oyuna aparmayacaqlarını bildirib: “Çempionluq matçlarından biri “Xəzər Lənkəran”la “Bakı”, digəri “Neftçi” ilə “Qarabağ”, üçüncüsü isə “İnter”lə “Qəbələ” arasında keçiriləcək. Oyunlardan biri Lənkəranda, ikisi isə Bakıda baş tutacaq. Buna görə də kuboku hansısa stadiona aparmaq mümkün deyil. Əgər ötən tur çempion məlum olsaydı, bu tur kuboku stadiondaca həmin komandaya təqdim edəcəkdik. Amma olmadı. Ona görə də indi təqdim etməyimiz mümkün deyil”.
Musayev çempionluq kubokunu medalların təqdim edilmə mərasimində verəcəklərini bildirib.
Qeyd edək ki, xaricdə hazırlanan çempionluq kuboku bu mövsümdən etibarən Unibank Premyer Liqasının qalibinə veriləcək.
Mənbə: lent.az
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"