"Ventspils" ilk 1/4-çıdır

XƏBƏR 18 Yanvar 2009 / 16:18 2936
-  A +

Moskvada keçirilən "Birlik kuboku"nun 2-ci oyun günündə ilk pley-offçu məlum olub. "D" qrupunda 2-ci turun oyunlarından sonra 2-ci qələbəsini qazanan Latviya çempionu "Ventspils" növbəti mərhələdəki yerini təmin edib. Qırğızıstanın "Dordoy-Dinamo" klubu ilə qarşılaşan latışlar son dəqiqələrdə vurulan qol sayəsində 1-0 hesabı ilə qələbə qazanıblar. Son turun görüşlərindən asılı olmayaraq artıq "Ventspils" pley-offa çıxıb. 3-cü turda Latviya çempionu ilə görüşəcək "İnter"ə növbəti mərhələyə vəsiqə qazanmaq üçün 1 xal kifayət edəcək.

Son xəbərlər