«Bizim hələ az da olsa, birinci yeri tutmaq şansımız qalır. Buna görə də ümidimiz tükənməyib. İndidən kimin çempion olacağını demək çox çətindir. Hər halda «Xəzər Lənkəran» - «Bakı» oyunundan çox şey asılıdır». Unibank Premyer Liqasının sabah keçiriləcək son turunda «Qəbələ»ni qəbul edəcək «İnter»in baş məşqçisi Kaxaber Sxadadze Qol.Az-ın müxbiri ilə söhbətində belə deyib.
«Qəbələ”nin zəif təsir bağışlamadığını söyləyən gürcüstanlı mütəxəssis sabahkı oyunda bütün güclərini ortaya qoyacaqlarını bildirib: «Əks təqdirdə uğursuzluq bizə çox baha başa gələ bilər. «İnter»in daim axıra qədər mübarizə aparması artıq hamıya bəllidir. Biz bunu öz oyunumuzla bir daha sübut etmək istəyirik»
Sxadadze “Xəzər Lənkəran”la “Bakı”nın gizli sövdələşməyə gedəcəkləri haqda yayılan söhbətlərə də münasibət bildirib: «Belə söz-söhbətlər həmişə olur .Mən adları çəkilən komandaların gizli danışığa getdiyinə inanmaq istəmirəm. Çünki həm “Xəzər Lənkəran”, həm də “Bakı”nın çempion olmaq şansı var. Onlar bu şansı əldən vermək istəməzlər. Bunun nə dərəcədə doğru və yaxud yanlış olması haqında ayın 15-də baş tutacacaq oyunlardan sonra fikir söyləmək olar».
Sxadadze hakimlər haqda da fikirlərini bildirib: «Hakimlərin zaman-zaman kobud səhvləri olur. Lakin biz hər hansı uğursuzluğu bununla bağlaya bilmərik. Biz həmişə öz oyunumuzu diktə etməyə çalışırıq. Bəzən isə oyunumuz heç cür alınmır. Nə edə bilərik, bu futboldur. İstənilən nəticə ola bilər».
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"