İngiltərəli Toni Adams «Qəbələ»nin klubunun baş məşqçisi təyin olunduqdan sonra Britaniya mətbuatının diqqəti Azərbaycan futboluna yönilib. Qol.Az-ın məlumatına görə, Britaniya mətbuatının hazırladığı reportajda Azərbaycan və İngiltərə futbolunun müqayisəsi də apırılıb. Bildirilib ki, Azərbaycan Premyer Liqası UEFA-nın reytinqində 38-ci, İngiltərə çempionatı isə birinci yerdədir. Britaniyalı jurnalistlər Azərbaycan çempionatında oynamış ən bahalı legionerin «Xəzər Lənkəran»nın şərəfini qorumuş Oqtay Dərəlioğlu (172 min avro), İngiltərədə isə «Real»dan «Mançester Siti»yə transfer olunmuş Robinyo (32 milyon 500 yüz min avro) olduğunu bildirib. Bundan başqa, mətbuat Azərbaycan Premyer Liqasından xaricə transfer olunan əh bahalı futbolçu kimi Vaqif Cavadovu göstərib: «Qarabağ»dan «Tvente»yə keçən futbolçunun qiyməti 1 milyon 300 min avro təşkil edir. İngiltərə Premyer Liqasından İspaniya çempionatına gedən Kriştiano Ronaldonun qiyməti isə 80 milyon avrodur».
Azərbaycanın ən böyük idman arenası olan Tofiq Bəhrəmov adına stadionun tutumu 30 min, İngiltərənin «Olt Trafford» stadionunun tutumu isə 76 mindir.
Maraqlıdır ki, Britaniya mətbuatı Azərbaycanın ən ulduz futbolçusu kimi hazırda 14 qolla Premyer Liqanın bombardirləri siyahısına başçılıq edən Fərid Quliyevi göstərib. Fəridi «Standard»ın deyil, «Bakı»nın futbolçusu kimi qələmə verən britaniyalı jurnalistlər onun transfer qiymətinin cəmi 150 min avro təşkil etdiyini bildiriblər. İngiltərədə isə «Mançester Yunayted»in futbolçusu Ueyn Runini qiyməti isə 70 milyon avrodur.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"