Dünən «Bakı»nın baş meneceri Zeynal Məmmədov məşq zamanı futbolçularla görüşərək, onlarla ayaqüstü söhbət edib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Z.Məmmədov görüşü zamanı şənbə günü “Xəzər Lənkəran”a qarşı keçiriləcək qarşılaşmada rəhbərliyin komandadan yalnız qələbə gözlədiyini bildirib: “Titulumuzu qorumaq şansımız var. Taleyimiz öz əlimizdə olmasa da, biz üzərimizə düşəni etməliyik. “Xəzər Lənkəran”la matçda yalnız qələbə haqda düşünürük. Uduzmağı ağlımıza belə gətirmirik. Çətin səfərdən uğurlu nəticə ilə qayıdacağınıza inamımız böyükdür. “Xəzər Lənkəran” üzərində həm çempionatda, həm də kubokun finalında qələbə qazanmalıyıq”.
Daha sonra baş məşqçi Cüneyt Biçer, eləcə də komandanın aparıcı üzvlərindən bir neçəsi çıxış edərək, “Xəzər Lənkəran”la matçda meydana yalnız qələbə üçün çıxacaqlarını və istəklərinə çatmaq üçün son ana qədər mübarizə aparacaqlarını bildirdilər.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"