"Nefftçi"nin prezidenti Sadıq Sadıqov Azərbaycan yığmasında da çıxış edən “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev, eləcə də Hans-Yurgen Gedenin baş məşqçi olduğu vaxt “Neftçi”dən uzaqlaşdırılan futbolçuları “Qarabağ”dan geri qaytaracaqlarına dair xəbərlərə aydınlıq gətirib. “Yığmamızın əsas qapıçısı olan Kamran Ağayevin “Neftçi”yə gəlişi fərəhli hal olardı. Amma onunla danışıqlar aparmamışıq. “Neftçi” “xalq komandası” olduğu üçün kollektivi imkan daxilində milliləşdirmək istəyirik. Kim komandamıza qayıtmaq istəyirsə, gözüm üstə yeri var. İyunun 1-dən bazamızda 15 günlük “açıq qapı” elan edəcəyik. “Neftçi”də çıxış etməyi arzulayan futbolçular gələ bilərlər”.
Sadıq Sadıqov 2010-2011-ci il mövsümündə “Neftçi”nin böyük hədəflər uğrunda mübarizə aparacağını da əlavə edib.
Mənbə: lent.az
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"