Neftçi"nin mərhum prezidentinin xatirəsinə həsr olunmuş turnir başladı

XƏBƏR 13 May 2010 / 18:29 1895
-  A +

Bu gün "Neftçi" PFK-nın prezidentlərindən biri olan Aqil Paşayevin xatirəsinə həsr olunmuş turnir start götürüb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışda 1996-cı il təvəllüdlülərdən ibarət komandalar mübarizə aparır. Turnirdə İslam Kərimovun baş məşqçisi olduğu "Neftçi" klubu da çıxış edəcək. Mayın 25-dək davam edəcək yarışın bütün oyunları "Şəfa" stadionunda keçiriləcək.

 


Son xəbərlər