Bakının «Neftçi» klubunun estoniyalı futbolçusu Dmitri Kruqlov sports.ru saytında oxucuların suallarını cavablandırıb. Qol.Az sual-cavabın Azərbaycanla bağlı hissələrini oxuculara təqdim edir.
- Sən artıq üç ildir ki, Azərbaycanda oynayırsan. Vətən üçün darıxırsan, yoxsa Bakıya öyrəşmisən?
- Əlbəttə, darıxaram, amma daha əvvəlki kimi deyil. Bakıya alışmışam.
- Son vaxtlar estoniyalı futbolçular niyə Azərbaycana bu qədər axın edirlər? Onları bu ölkədə nə cəlb edir: maddi amil, yoxsa çoxlu seçim imkanı olmadığına görə Azərbaycana gedirsiniz?
- Hər bir futbolçunun Azərbaycana gəlişinin müxtəlif səbəbi var. İki il yarım əvvəl mənim seçim imkanım çox deyildi. Məni «Neftçi»yə Anatoli Demyanenko dəvət etmişdi. Bu, mənim Azərbaycana getməyimin əsas amili idi. Üç ay icarə qaydasında oynadıqdan sonra Anatoli Vasilyeviç məni bundan sonra da öz komandasında görmək istədiyini dedi. Razılaşdım. Bu insanın təklifinə «yox» deyə bilməzdim.
- Niyə "Neftçi" son vaxtlar zəif çıxış edir? Axı, bu komanda hər dəfə mükafatçılar sırasında olardı.
- Hesab edirəm ki, bu, klub rəhbərliyi və məşqçi heyətində tez-tez dəyişiklərin baş verməsilə əlaqədardır. Komandada sabitlik yoxdur. Təbii ki, bu da yaxşı hal deyil. Bütün bunlar komandanın oyununa təsir edir.
- Azərbaycanda çıxış edən digər estoniyalı futbolçularla münasibətləriniz var?
- Hə. «Neftçi»dəki estoniyalı komanda yoldaşlarımla yanaşı «Xəzər Lənkəran»da oynayan Tixon Şişovla tez-tez əlaqə saxlayıram. Heyf ki, onlar Bakıda məskunlaşmayıblar, yoxsa mütamadi görüşərdik.
- Hazırda "Neftçi"də səninlə birgə rusiyalı futbol azarkeşlərinə də yaxşı tanış olan Valeri Abramidze də oynayır. Komandanızda «Spartak» məktəbi» hiss olunur?
- Əlbəttə. Valeri təcrübəli, ağıllı və sərt müdafiəçidir. Onunla birgə oynamaq çox xoşdur.
- «Neftçi»də komanda yoldaşlarınla hansı dildə danışırsan: rus, yoxsa ingilis dilində? Olmaya, artıq Azərbaycan dilini öyrənmisən?
- Rus dilində danışıram. Əlbəttə, Azərbaycan dilində olan bəzi sadə sözləri bilirəm. Elə legionerlər də var ki, onlarla ingilis dilində danışıram.
- Böyük futbol ölkələrinin çempionatlarında oynamaq istəyirsən?
- Hə, mən daha yüksək səviyyəli çempionatda oynamaq istəyirəm. Hazırda 25 yaşım var və bu, futbolçu üçün ən yaxşı dövrdür. Güclü komandada oynamağa özümdə güc hiss edirəm.
- Rusiya klublarından dəvət alsan, futbolçu karyeranı yenidən bu ölkədə davam etdirə bilərsən?
- Hə.
- Estoniyanın Roberto Karlosu adlandırılmağını bəyənirsən?
- Gerçək olmasa da, bunları eşitməkdən məmnunam. Ola bilər ki, hansısa oxşarlıqlar var. Amma mən Roberto Karlos səviyyəsində futbolçu deyiləm. O, böyük futbolçudur.
- «Neftçi»də nəyə görə 16 nömrəni seçmisən? Adətən, belə nömrələri qapıçılar götürürlər.
- Ona görə ki mən bu nömrə altında Estoniyada «Levadiya» klubunda da çıxış etmişəm.
- Bakıda boş vaxtlarını necə keçirirsən? Bu şəhəri bəyənirsən? Ümumiyyətlə, futbol oynadığın şəhərlərdən hansı sənin daha çox xoşuna gəlib?
- Boş vaxtlarımda həmyerlilərimlə birgə oluram, əsasən də Voskoboynikovla. Bakı mənim xoşuma gəlir. Gəzməli yerlər var. Azərbaycanda Bakıdan başqa, digər şəhərlər xoşuma gəlmir. Amma Rusiya və Avropanın hər yerində hər şey əla idi.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"