Azərbaycanın veteran futbolçusu Ələkbər Məmmədovun 80 illik yubileyində iştirak edəcək SSRİ yığmasının keçmiş oyunçuları bu gün Bakıya gələcəklər.
“Neftçi” Veteranları Futbol Klubunun prezidenti Oqtay Abdullayevin verdiyi məlumata görə, təqribən 2 saat sonra Heydər Əliyev Beynəlxalq Hava Limanına Moskva – Bakı reysi ilə enəcək şəxslər arasında siyahıda adları göstərilənlərdən 2-si olmayacaq.
Bunlar “Spartak”ın və Rusiya milli komandasının məşhur futbolçusu Yeqor Titovla Dmitri Kudinovdur. Səbəb kimi həmin futbolçuların xəstələnməsi göstərilib. Qalan oyunçular isə nümayəndə heyətinin tərkibində yer alacaqlar:
SSRİ yığması: Valeri Novikov, Dmitri Kuznetsov, Axrik Tsveyba, Aleksandr Şmarko, Aleksandr Panov, Mixail Markin, Arkadi Belıy, Albert Oskolkov, Sergey Kiryakov, Vladimir Semikin, Marat Abyanov, İqor Dobrovolski, Viktor Losev, Sergey Zubanov, Vladimir Morozov, Valeri Butenko, Yuri Kuznetsov, Sergey Kotrikadze, Murtaz Xurtsilava, Aleksandr Çivadze, Andrey Biba, Leonid Buryak, Anatoli Demyanenko.
Bu oyunçular “Neftçi” veteranları ilə yoldaşlıq görüşündə çıxış edəcəklər. Mayın 14-də “Şəfa” stadionunda keçiriləcək oyun saat 14:00-da başlanacaq. Rusiyadan, Ukraynadan və Gürcüstandan gələn futbol veteranları bundan öncə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Daha sonra onlar “Neftçi”nin veteranları ilə birgə 239 saylı orta məktəbdə şagirdlər üçün master-klass keçəcəklər.
“Neftçi”nin heyətində isə Cəmaləddin Əliyev, Faiq Əzizov, Elxan Həsənov, İskəndər Cavadov, Maşallah Əhmədov, Asim Xudiyev, Oqtay Abdullayev, Səttar Əliyev, Musa Qurbanov, Qurban Qurbanov, Bəxtiyar Musayev, Təbriz Həsənov, Vəli Qasımov, İqor Getman, Arif Əsədov, İlqar Hüseynov, Elmir Xankişiyev, Yaşar Hüseynov, Mahir Musayev, Şamo Hüseynov, Asif Əliyev, Səmədağa Şıxlarov yer alacaq. Komandanın baş məşqçisi Səməd Qurbanov olacaq.
Mənbə: lent.az
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı