Bu gün Bakı vaxtı ilə saat 14.00-da Moskvanın «Olimpiyski» manejində Azərbaycan çempionu «İnter» «Birlik kuboku» turniri çərçivəsində ikinci oyununu keçirib. Komandamızın bugünkü rəqibi Finlandiyanın Turku şəhərinin «İnter» klubu olub. Qol.Az bu oyundan online-reportaj yayımlayıb.
***
«İNTER» (TURKU) - «İNTER» (BAKI) - 1:3 (OYUN BİTDİ)
Oyun başladı
«İnter»in (Bakı) heyəti:
Vilson, Assioli, Zaqorats, İsmayılov, Testimitanu, Elvin Məmmədov, Arnaut, Şişkin, Rubin, Valter, Xaqani Məmmədov.
Oyunu ukraynalı hakim Orexov idarə edir.
***
OYUN BİTDİ
BAKİ "İNTER"İ 3:1 HESABI İLƏ QƏLƏBƏ QAZANIR
89-cu dəq: Labukasdan təhlükəli zərbə. Qapıçı qaytarır. Auqusto özünü topa çatdıra bilmir.
87-ci dəq: Zlatinov uzaqdan yenə zərbə vurur. Qapıçı yerindədir.
86-cı dəq: Oyayla baş zərbəsi vurdu. Amma təhlükəli deyil.
84-cü dəq: Dəyişiklik. Kleyton Elvin Məmmədovun yerinə girir. Gomez isə Payanenin yerinə. Azarkeşlər Elvin Məmmədovu sürəklə alqışlayırlar.
83-cü dəq: Augustodan gözəl baş zərbəsi. Top çıxır.
81-ci dəq: İnter (B) təhlükəli hücumlar həyata keçirir. Amma son anda alınmır. Rəqib deyəsən məğlubiyyətlə barışıb.
79-cu dəq: Zlatinovdan gözəl fəndlər. Azarkeşlərdən alqışlar. Elvin Məmmədov artıq mərkəzə çəkilib. Hücümlar İnter (B)-də mərkəz və sol cinahdan qurulur
77-ci dəq: Zlatinovdan təhlükəli zərbə.Qol olmur
75-ci dəq: Sonuncu qolun müəllifi Quqlemon öz yerini Labukas Tadasa verir.
74-cü dəq: QOLLLLL - QUQLEMONUN ZƏRBƏSİ DƏQİQ OLUR - 1:3
PENALTİ - ZLATİNOVU YIXDILAR
73-cü dəq: Qrotdan təhlükəli zərbə. Vilson uzanaraq topu qaytarır.
72-ci dəq: Rubinsin qüvvətli asmasına heç kəs çata bilmədi
Artıq bunu rəqibin müdafiəçiləri də bilirlər. Elvini iki dəfə mübarizə zamanı yıxdılar.
70-ci dəq: Azarkeşlərin çağırışlarından Elvin Məmmədova rəğbətləri hiss olunur. Elvin Məmmədov bu gün də dünənki kimi ən yaxşılardandır.
67-ci dəq: Rubins mərkəzdən otuz metr irəlilədi, Elvinə ötürmə verdi. Müdafiəçilər zərbəyə mane oldular.
İnter (B)-də Zlatinov Şişkinin yerinə girir, finlərin heyətində isə Kaliko Şotzun əvəzinə meydana daxil olur.
Azarkeşlər "Allahu Əkbər" sədaları səsləndirirlər. Nəyə görə, heç biz də bilmirik.
64-cu dəq: Augustodan çox təhlükəli baş zərbəsi. Top tirin üstündən keçir.
61-ci dəq: Rubins də eyni ilə sol cinahdan rəqib qapısına təhlükəli zərbə vurur.Bu arada finnlərin qapıçısı əsəbləşib. Oyunculara hündürdən göstərislər verir.
60-cı dəq: Furuholm qapımıza təhlükəli zərbə vurur. Top qapıdan azca aralı keçir.
59-cu dəq: Günc zərbəsindən sonra Auqusto ilə rəqib qapıçı toqquşur, həkimlər meydana daxil olur. Auqusto meydana qayıdır.
58-ci dəq: Elvin Məmmədovun mükəmməl asmasından sonra Augusto topu qapıya göndərə bilmədi. Daha doğrusu, qapıçı buna imkan vermədi. Küncdən zərbə.
57-ci dəq: Bu dəqiqələrdə «İnter»in baş məşqçisi Xodukin əsəbi görünür. O, ayağa qalxıb və futbolçulara tapşırıqlar verir.
Azarkeşlər ikinci qolun müəllifi Xəqanini alqışlayırlar.
54-cü dəq: "İnter"də (B)də dəyişiklik: Auqusto Xəqani Məmmədovu əvəz edir.
52-ci dəq: Rubins cərimə meydançası içərisində zərbə vurur. Top çıxır. Bizimkilər təşəbbüsü yavaş-yavaş ələ alırlar.
50-ci dəq: Finlər cinahlardan təhlükəli hücumlar edirlər.
49-cu dəq: Vilsonun kobud səhvindən sonra topu müdafiəçilər çıxardır. Finnlər daha fəaldırlar.
47-ci dəq: Oyun bərabər mübarizə şəraitində keçir
46-cı dəq: Seppala hesab arasındakı fərqi azaldır - 1:2
46-cı DƏQ: FİNLƏR QOL VURUR
İKİNCİ HİSSƏ BAŞLADI
BİRİNCİ HİSSƏ BİTDİ
43-cü dəq: Elvin Məmmədovun ötürməsindən sonra Danildo başla zərbə vurur. Top yenidən tirə dəyir.
43-cü dəq: Küncdən zərbə vururuq. Elvin Məmmədov topa yaxınlaşır.
42-ci dəq: Birinci hissənin son dəqiqlərində finnlər daha fəaldırlar, sol cinahdan hücumlar qururlar
40-cı dəq: Elvin Məmmədovdan Quqlemona gözəl ötürmə. Quqlemonun təhlükəli zərbəsindən sonra top tirə dəyərək çıxır.
38-ci dəq: Bu dəqiqələrdə oyunun tempi düşüb.
35-ci dəq: Oyala yenidən qapımıza zərbə vurur. Vilson uzanaraq topu tutur.
34-cü dəq: Oleq Şişkin uzaqdan qüvvətli zərbə vurur. Top azca qapının üstündən keçir.
33-cü dəq: Elvin Məmmədov Quqlemona gözəl ötürmə verir. Qapıçı növbəti qola mane olur.
İnter (B) bu gün dünənkinə nisbətən güclü oyun nümayiş etdirir.
32-ci dəq: Xaqani Məmmədov topu qapıçının başı üzərindən tora göndərir - 0:2.
QOLLLLLLLLLLLLLLLLL - XAQANİ MƏMMƏDOV - 0:2
30-cu dəq: Elvin Məmmədov sağ cinahdan bir oyunçunu keçib, qapı önünə ötürmə verir. Qapıçı topu tutur.
28ci dəq: Finlər hesabı bərabərləşdirmək üçün hücum edirlər.Oyyala qapımıza uzaqdan təhlükəli zərbə vurur. Qapıçı yerindədir. Sonra bir anlıq qapımız qarşısında qarışıqlıq yaşanır. Sonda top çıxır.
26-cı dəq: Sol cinahdan ötürülən topu Rubins finlərin qapısından keçirir. Stadionda yalnız Azərbaycan sədaları səslənir.
QOLLLL - RUBİNS HESABI AÇIR - 0:1
Finnlər hücumları əks-hücum üzərində qururlar. Amma səyləri bir nəticə vermir.
22-ci dəq: İnter (B) sol cinahdan ardıcıl təhlükəli hücumlar qurur.
Elvin Məmmədov cərimə meydançasında yıxılır. Hakim davam deyir.
20-ci dəq: Finnlər sağ cinahdan hücum qururlar. Offsayd.
İnter (B) rəqibindən aşkar üstündür.
Bu gün Xaqani Məmmədov və Quqlemon çox fəaldırlar.
19-cu dəq. İvan Testemianu topu cərimə meydançasına qaldırdı. Xaqanidən gözəl baş zərbəsi. Qapıçı topu çıxarır.
15-ci dəq: Sol cinahdan finnlər irəliləyir. Qapımıza zərbə. Qapıçımız yerindədir. Uzanaraq topu tutur.
14-cü dəq: Sol cinahdan finnlər topu qapı önünə qaldırdılar. Amma hücümçuları Qrot topa çata bilmədi.
13-cü dəq: Stadionda 150 azarkeş var.Hələlik bizimkilər daha yaxşı oynayırlar.
12- dəq: Hücumumuz nəticə vermir.
11-ci dəq: Xaqani sağ cinahdan irəlilədi, Quqlemona ötürmə verdi. Amma topu çıxartdılar. Küncdən zərbə.
11-ci dəq: Finnlər indi hücum edirlər. Amma təhlükəli bir şey yoxdu.
10-cu dəq: Azarkeşlər komandamızı qələbəyə səsləyirlər.
9-cu dəq: Komandalar hücum edərkən tələsirlər. Hər iki "İnter" qələbə üçün oynayır.
8-ci dəq: Finnlər səhvlərə yol verirlər.
7-ci dəq: Elvin qapının qabağına gözəl ötürmə verdi. Assioli boş qapıya vura bilmədi.
5-ci dəq: Finnlər də sağ cinahdan hücüm qurmağa çalışırlar.
4-cü dəq: Qapımıza ilk zərbə. Qapıçı topu tutur.
4-cü dəq: İnter (B) hələlik üstünlüyə sahibdir. Hücümlar dünənki kimi sağ cinahdan qurulur.
***
Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov dünənki oyunda olduğu kimi, bu gün də oyunu izləmək üçün manejə gəlib. Azarkeşlər arasında Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri də var.
**
«Olimpiyski» manejinə toplaşan azsaylı azarkeşlər Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırırlar. Komandamızı dəstəkləyənlər arasında Moskvada yaşayan Türkiyə vətəndaşları da var.
Bu arada rəqibin start heyəti də bəlli olub.
Oskari Forsman, Coni Voorinen, Robert Åžotz, Urmi Qustafson, Culliano Qrot, Timo Furuholm, Coni Aho, Oyala Mika, Purje, Emeli Peronen
**
Saat 13.40-a olan məlumata görə, hələlik tribunalarda cəmi 50 azarkeş var.
***
«İnter»in bugünkü qarşılaşmada ehtiyat oyunçuları isə bunlardır:
- Kleyton Oliveyra, Todas Labukas, Petar Zlatinov, Samir Abbasov, Auqusto, Simeonov, Xəyal Mustafayev
***
Futbolçu Cavid Hüseynov:
- Dünən demişdim ki, «Birlik kuboku»na ciddi yanaşmıram. Amma indi ciddi yanaşıram. Komandamızı turnirin favoriti kimi görürəm. Bugünkü oyuna qələbə qazanmaq üçün çıxırıq.
***
«İnter»in məşqçisi Elxan Abdullayev:
- Komandada əhval-ruhiyyə yaxşıdı. Bu gün qələbəyə oynayacağıq.
***
Bir az əvvəl «İnter»in start heyəti müəyyənləşib. Komandamız oyuna aşağıdakı heyətdə çıxacaq: Vilson, Zaqorats, Danioldo Assioli, Testimitianu, Arnaut, Şişkin, Elvin Məmmədov, Andrey Rubins, Xaqani Məmmədov, Quqlemon, Əliyar İsmayılov.
***
Qol.Az-ın Moskvadakı əməkdaşının verdiyi məlumata görə, hazırda komandamız oyun öncəsi yüngül məşqlər edir.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi
Mirbağır İsayevə yeni vəzifə verildi
Azərbaycan çempionatları tarixində 9-cu
Kökçüdən möhtəşəm qol - Video
Laporta 3-cü dəfə “Barselona”nın prezidenti seçildi
Vernidub: “Bu 4 ildə onlar ölkəsi üçün nə ediblər?” - Video
Mahir Emrelinin qolu - Video
"Tottenhem" nəhayət xal qazandı
Azərbaycan güləşçisi Avropa çempionu oldu
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində