«Bakı» klubunun kapitanı Elvin Əliyevin Qol.Az saytına müsahibəsi
- Sonuncu oyunda “Bakı”nın vacib iki xal itirməsi komandanın çempionluq şansını xeyli azaltdı. Siz son uğursuzluğun səbəbini nədə görürsünüz?
- Biz “İnter”lə kubok oyununda çox enerji sərf etmişdik. Komanda üzvlərinin yorğunluğu oyunumuza mənfi təsir göstərdi.Məhz bunun nəticəsi idi ki, “İnter”i çempionatdakı növbəti oyunda məğlub edə bilmədik. Bu uğursuzluğun əsas səbəbini yalnız yorğunluqda görürəm.
- “Bakı”nın çempion olması nə dərəcədə realdır?
- Komandada yüksək əhval-ruhiyyə hökm sürür. Biz sona qədər mübarizə aparmaq əzmindəyik. «Bakı» keçən mövsümdə də çox çətinliklə çempion olmuşdu. Bu mövsüm də istisna deyil. İnanıram ki, «Bakı» yenidən Azərbaycan çempionu olacaq.
- Amma artıq belə bir fikir formalaşıb ki, “Bakı” son oyunda məğlub olmaqla “Xəzər Lənkəran”nın çempion olmağına şərait yaradacaq. Əvəzində isə “Xəzər Lənkəran” kubokun finalında “Bakı”ya məğlub olmaqla öz borcunu qaytarmış olacaq.
- Təbii ki, belə söz-söhbətlər həmişə olub. Lakin “Bakı” belə komandalardan deyil ki, hansısa oyunu nəyəsə və yaxud kiməsə hədiyyə etsin. Biz sadəcə olaraq öz oyunumuzu oynamaqla bu fikirlərin doğru olmadığını sübut edəcəyik.
- Komandanızın avrokuboklarla oynayacağı artıq dəqiqləşib. Səncə, komandanız həmin yarışda bu dəfə necə çıxış edəcək?
- “Bakı” keçən il bacardığını etdi. Təssüflər olsun ki, ikinci mərhələni keçə bilmədik. Lakin bu il “Bakı” tamamilə fərqli oyun göstərəcək. İnşallah, biz bu il daha çox mərhələ keçməklə azarkeşlərimizi sevindirmək istəyirik. İnanıram ki, buna nail olacağıq.
- Kubokun finalı haqqında nə deyə bilərsiniz?
- Bizi çox çətin oyun gözləyir. «Xəzər Lənkəran»nın da kuboka iddiası böyükdür. Lakin hər şey oyunda bəlli olacaq. Hər iki komandanın şansını eyni dəyərləndirirəm. Hansı komanda daha hazırlıqlı olsa, o da qalib gələcək.
- Mövsüm sona çatır. Başqa klublardan təklif gəlsə, bunu qəbul edəcəksinizmi?
- Mən hələ ki,”Bakı”nın uğurları üçün çalışıram. Belə bir fikrim də olmayıb. Gələn mövsüm necə olacaq, bu barədə indidən bir söz deyə bilmərəm.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı