Bu gün “Qəbələ” Futbol Klubunun tədbiri başa çatdıqdan sonra yeni baş məşqçi Toni Adams və klubun vitse prezidenti Fariz Nəcəfov jurnalistlər üçün brifinq keçirib.
- Cənab Adams, öncə “Qəbələ” ilə neçə illik müqavilə bağladığınıza aydınlıq gətirməyinizi istərdik.
- Başlanğıc üçün 3 illik müqavilə bağladıq. Təqdimat mərasimində klubun iddialarıyla qiyabi tanış oldunuz. Amma qarşıda nəzərdə tutulan bu müddət ərzində bütün iddialarımızı həyata keçirməyə çalışacağıq.
- Fariz müəllim, bəs sonuncu baş məşqçiniz Ramiz Məmmədovun aqibəti necə olacaq? Ümumiyyətlə, mövsümün başa çatmasına 2 tur qalmış onun yerinə baş məşqçi təyin etməyinizi nə dərəcədə düzgün addım hesab edirsiniz?
- Mən burda ciddi heç bir nöqsan görmürəm. O, klubumuzda 4 il böyük işlər görüb, uğurlar qazandırıb. Lakin bizim kluba yeni baş məşqçi gətirməyimiz onunla işbirliyimizə son qoymağımız anlamına gəlməməlidir. Məmmədov “Qəbələ”dəki fəaliyyətini davam etdirəcək. Yəni köməkçi məşqçilərimizdən olacaq, yenə doğma klubunun uğurları üçün çalışacaq. Növbəti mövsümün əvvəlində isə onu hansısa xarici ölkələrdən birində təhsilini artırmağa göndərəcəyik. Təbii ki, “Qəbələ” klubunun dəstəyi ilə.
- Klubun yeni stadion, baza kompleksi nə vaxta hazır olacaq?
- Sentyabrda bununla bağlı tender başa çatacaq. Həmin vaxt tenderdə kim qalib olacaqsa, məhz həmin şirkətlə birgə 18 ay ərzində bütün nəzərdə tutulan layihələrimizi həyata keçirməyə çalışacağıq.
- Cənab Adams, sizin fəaliyyətə başladığınız bu gənc klubu ilk olaraq Faiq Cabbarov çalışdırırdı və onun qarşısına komandanı elitaya çıxarmaq vəzifəsi qoyulmuşdu. O, bu vəzifənin öhdəsindən gələn kimi, istefaya göndərildi və Ramiz Məmmədov gətirildi. Sələfinizin də qarşısına ilk “altılığ”a düşmək vəzifəsi qoyulmuşdu. Düşünmürsüz ki, sizi də eyni aqibət gözləyir? Yəni hansısa uğur qazanan kimi, yola salınacaqsız…
- Mən özümdə əminlik hiss edirəm. Özümə güvənməsəydim, belə məsuliyyətin altına girməzdim. Birinci ildə də olmasa, növbəti mövsümlərdə mütləq komandanı ən yüksək yerlərə çıxaracağıma əminəm.
- Məmmədovun aqibətini yaşasaydız, yəni sona iki tur qalmış yerinizə məşqçi gətirilsəydi, bunu necə qarşılardız?
- Ramiz Məmmədovla artıq ünsiyyətdə olmuşam, Çox mülayim insandır. Onun perspektivli məşqçi olduğuna əminəm. Gələcəkdə onun təhsilini daha da artırıb, beynəlxalq lisenziya almaqla yenidən bura baş məşqçi kimi dönüşü də istisna deyil. Yəqin ki, mən də onun yerinə olsaydım, belə addım atardım.
- Ölkənizdən bura hansısa futbolçular gətirməyi planlaşdırırsızmı?
- Biz təqdimat mərasimində də qeyd etdik ki, komandada ciddi dəyişikliklər olmayacaq. Yəni əsas özəyi qoruyub saxlamağa çalışacağıq. Güman ki, müəyyən əlavələr olacaq. Amma 20 ingilis futbolçunu transfer etmək fikrimiz yoxdur. Sadəcə iki britaniyalının keçidi gözlənilə bilər. Yəni nəzərimdə var. Bunlardan biri şotland, digəri İngiltərənin aşağı dəstəsində çıxış edən futbolçudur.
- Ölkəmizə gələnə kimi Azərbaycan haqda nə bilirdiz və ingiltərəli həmkarlarımız ilə bizim jurnalistlər arasında hansı fərqləri gördüz?
- Mətbuat hər yerdə bərbaddır (gülür). Ölkəniz haqda isə İngiltərə və Azərbaycan milliləri eyni seçmə mərhələdə mübarizə aparana qədər heç nə bilmirdim. Yalnız ondan sonra maraqlanmağa başladım. Əsas öyrəndiklərim isə, Bakıya gələndən sonra gördüklərimdir.
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
"Daha çox qol vurmalı idik" - Yuri Vernidub
Xabi Alonso: "Nəticələr mövsümün sonunda məlum olacaq"
FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu
"Zirə" - "İmişli": Heyətlər
"Yuventus"dan "Arsenal"a rədd cavabı
"Borussiya" Adeyemini cərimələdi
Luis Enrike: "Parisdəki hər kəs mənə təşəkkür edir"
“Qarabağ”a ikinci rəsmi transfer təklifi
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər
“Mançester Yunayted” Kenan Yıldız üçün sərvət təklif edir
AFFA klub nümayəndələri ilə görüş keçirdi
"Bavariya"nın keçmiş futbolçusu vəfat etdi
Fenomenə çevrilən dünyanın ən gənc futbol şərhçisi - Video
Salah üzr istəyib
Sabiq “Qarabağ”lı indi Rusiyada ən zəif qapıçıdır
Dortmund “Borussiya”sından qələbə
İtaliya Superkubokunda ikinci finalçı müəyyənləşdi
Rüfət Abdullazadənin komandası yenə uduzdu
Superliqada 17-ci tur start götürüb
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video