“Karvan”la ev oyununda böyükhesabla qələbə qazanacağımız hardasa gözlənilən idi. Çünki rəqib komanda meydana əvəzedici heyətin üzvləri ilə çıxmışdı. Belədə istər-istəməz səviyyə fərqi sözünü deməliydi”. Bu sözləri Qol.Az-a açıqlamasında “Standard”ın və millimizin hücunçusu Fərid Quliyev deyib.
Unibank Premyer Liqasının dünən keçirilən 31-ci turu çərçivəsində Sumqayıtda “Karvan”ı darmadağın edən meydan sahiblərinin forvardı rəqib qapısından keçirilən 6 qoldan 4-nə imza atmaqla, bombardirlər yarışında zirvəyə yüksəldi. Futbolçunun sözlərinə görə, onun bu uğura imza atmasında komanda yoldaşlarının da böyük əməyi olub: “Rəqib üzərində böyük hesabla qalib gəlmək şansımızın olduğunu görüncə, mən də bombardirlər yarışında birinci yerə çıxmaq üçün mümkün qədər çox qol vurmaq istəyirdim. Amma bu yolda komanda yoldaşlarımın da az köməyi dəymədi. Onlar da mənim liderliyə çıxmağım üçün çox çalışdılar. İmkan olan kimi, fərqlənməyimə şərait yaradırdılar. Yəni bir növ, bombardir olduğuma görə, oyundaşlarıma borcluyam”.
Qeyd edək ki, Fərid həm də Premyer Liqanın cari mövsümünün tarixinə düşdü. 24 yaşlı hücumçu mövsümün ilk pokerinin müəllifinə çevrildi. Bu mövsümdə ona qədər heç kim belə uğura imza atmamışdı. Lakin millimizin üzvü bizimlə söhbətdə belə bir uğura imza atmasından xəbərsiz olduğunu dilə gətirdi: “Açığı, bunu sizdən eşidirəm. Təbii ki, ölkə çempionatının tarixinə düşmək mənim üçün çox sevindiricidi. Əsas məqsədim son oyunda da qol vurmaq və liderliyimi qorumaqdır. Yəqin ki, meydana çıxsam, bu imkanı əldən verməməyə çalışacağam. Mövsümü yaxşı əhval-ruhiyyədə bitirmək istəyirəm”.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu
"İmişli" 5 qolla qalib gəldi
“Sabahın Ulduzları”: Sabahdan daha uzağa uzanan yol
"Qəbələ"də nigeriyalı futbolçu