AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev Unibank Premyer Liqasının 2010-2011-ci il mövsümü üçün yeni format təklif edib.
Veteran futbolçu çempionatın 12 komandanın iştirakı ilə 4 dövrəli sistemlə təşkilinin gərəkliyini bildirib. Onun sözlərinə görə, milli çempionatda futbolçu 20-25 oyun keçirməməlidir. Bu, çox aşağı göstəricidir. “Mənim şəxsi fikrim belədir ki, futbolçu il ərzində 50-60 oyuna çıxmalıdır. Məhz bu halda onlar yaxşı oyun praktikası qazanacaq, istedadlarını da lazımi səviyyədə nümayiş etdirəcəklər. Az oyuna çıxmaq isə çox pis haldır”.
Tuayevin fikrincə, hazırkı “6-lıq” sistemi də məqbul variant deyil: “Bu sistem idman nöqteyi-nəzərindən bizə heç nə vermir. 3 komanda çempionluq uğrunda mübarizə aparır. Qalan 3-ü necə gəldi futbol oynayır. İkinci “6-lığ”ın isə nə demək olduğunu anlamıram, stimul da yoxdur. Fikrimcə, bu sistemi dəyişmək lazımdır. Bu mövqeyimi İcraiyyə Komitəsinin martın 5-də keçirilmiş iclasında səsləndirmişəm. Bir çoxu da mənimlə razılaşıb”.
Hətta ən çox komandanın çıxış etdiyi İngiltərə, İspaniya, İtaliya və Fransa çempionatlarında cəmi 38 tur keçirilir. Tuayevin təklif etdiyi sistem reallaşacağı halda isə Unibank Premyer Liqası 44 turdan ibarət olacaq. Lakin veteran futbolçu turların sayının həddən artıq çoxluğunda problem görmür: “Həmin ölkələrdə, məsələn, İngiltərədə Premyer Liqa ilə yanaşı, Liqa Kuboku, Federasiya Kuboku yarışları da keçirilir. Bura komandaların bir neçəsinin Avropa kuboklarında xeyli matça çıxdıqlarını, müxtəlif kommersiya turnirlərinə qatıldıqlarını da nəzərə alsaq, 50-dən çox oyun alınır. Azərbaycanda isə Unibank Premyer Liqasından başqa ölkə kubokunda bir neçə oyuna çıxırlar. Avropa kuboklarında isə uzağı 3-cü mərhələdən sonra mübarizəni dayandırır. Çox oyun keçirəndən sonra nəticələr də olacaq, futbolçular da artıracaq. Yoxsa indi gərginlik, intensivlik yoxdur”.
Qeyd edək ki, Unibank Premyer Liqasının hansı sistemlə davam etdirilməsi haqda qərar hazırkı mövsüm başa çatdıqdan sonra AFFA İcraiyyə Komitəsinin iclasında veriləcək (lent.az).
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu
"İmişli" 5 qolla qalib gəldi
“Sabahın Ulduzları”: Sabahdan daha uzağa uzanan yol
"Qəbələ"də nigeriyalı futbolçu