Xəbər verdiyimiz kimi, «Qarabağ»ın əvəzedici heyəti Azərbaycan çempionu adını qazanıb. Bununla əlaqədar klubun rəsmi saytının komandanın 45 yaşlı baş məşqçisi Elşad Xudadatovla müsahibəsini təqdim edirik
- Elşad müəllim, ilk öncə çempion olmasnıza görə təbrikləri qəbul edin.
- Çox sağ olun, minnətdaram.
- Bu turda çempion olacağınızı gözləyirdiniz?
- Əslində çoxdan gözləyirdim (gülür). Təbii ki, ilk «altılıq»da durum elədir ki, bütün nəticələrin qeydə alınması mümkündür. Komandaların səviyyələrinin bir-birinə yaxın olması fərqli hesabların qeydə alınmasını göstərir. «Muğan»a məğlubiyyətmizi bu aspektdən dəyərləndirə bilərəm. Düzdür, uduzmağımızda əsas səbəb futbolçularımızın bir qədər arxayınlaşması oldu. Bilirdilər ki, qələbə qazanacaqları halda çempion olacaqlar. Ona görə normal oyunumuzu göstərə bilmədik. Amma etiraf etmək lazımdır ki, «Neftçi»nin «İnter»i məğlub edəcək gücdə olmasına şübhəmiz yox idi.
- Geridə qalan bir il ərzində çempionluq yoluna nəzər salarkən nələri xatırlayırsınız?
- Bilirsiniz, bizim əsas işimiz əsas komandaya futbolçu yetişdirməkdir. Sevinirəm ki, indi əsas millidə oynayan Əfran İsmayılov, Maksim Medvedyev, Rauf Əliyev kimi yetirmələrimiz var. Adı çəkilənlərin 15 yaşından tanıyıram. Geriyə boylandığın zaman çətin, amma bəhrəsini gördüyün işin olması sevindiricidi. Biz bir sistem halında işləyirik. Məşqçilər korpusunda olan Yaşar Hüseynov, Səttar Əliyev, Ənvər Axundovla «Qarabağ»ın hələ Ağdamda olduğu vaxtlarda birgə oynamışıq. Hamımızın bir məqsədi var: «Qarabağ»a layiqli şəkildə xidmət etmək. İndi əsas məqsədimizlə yanaşı çempionluğun da gəlməsi ikiqat sevindiricidir.
- Hər halda ötən mövsüm gümüş, bu il isə qızıl medal qazanmaq inkişaf deməkdir.
- Hə. Bu il məni daha çox sevindirən sağlam rəqabət şəklində qalib olmağımızdı. Bu il həqiqətən maraqlı çempionat baş tutdu. Ötən mövsüm sadəcə «Neftçi»ylə mübarizə aparırdıqsa, bu il hətta ilk «altılığ»a düşməyən, amma çox ciddi potensialı olan komandalar vardı.
- Qış fasiləsində komandanızda ciddi dəyişiklik oldu. Belə də xoşbəxt sonluğa nail olmaq asan deyil.
- Bəli. Bilirisiniz, yenə də qeyd edirəm, bizim əsas hədəfimiz əsas komandaya futbolçu verməkdir. Çempionluq heç də bir nömrəli hədəf olmayıb. Qışda 1987, 1988 və 1989-cu il təvəllüdlü futbolçularla yollarımızı ayırdıq. İndi o futbolçular bizdə olsaydı, çoxdan çempion olmuşduq. Amma əgər bu futbolçular əsas komandamıza uyğun gəlmirdilərsə, onların saxlamağın heç bir əhəmiyyəti yox idi. 13 futbolçuyla yollarımızı ayırdıq. Əvəzində perspektiv vəd edən 1992-1993-cü il təvəllüdlü futbolçuları dəvət etdik. Demək olar ki, yenidən komanda yaratdıq. Təzə gələnlər həqiqətən əllərindən gələni etdilər. Onlardan hardasa 70 faiz razıyam.
- Gələcək planlarınız nədən ibarətdir?
- Bizim tək məqsədimiz var: «Qarabağ»a xidmət etmək. Bura bizim ailəmizdir. 32 ildir ki, bu komanda üçün çalışıram.. «Qarabağ» Azərbaycanda özünəməxsus yol seçib. İndi «Qarabağ» yerli futbolçulara üstünülk verməklə göstərir ki, bizdə də futbol var. Sadəcə ,uşaqlara inanmaq və işləmək lazımdı. Bu gün Əfranı, Raufu, Maksimi görəndə ürəyim dağa dönür. Bu gün onların ardınca Qara Qarayev, Fərrux Rəhimov, Emin Əliyev, Şəhriyar Xəlilov, Elgiz Kərəmli kimi başqa istedadlar gəlir. İnanıram ki, onlarla yanaşı adını çəkmədiyim başqa isdedadlar da tezliklə əsas komandaya yüksəlib, «Qarabağ»la yanaşı Azərbaycan futboluna fayda verəcəklər.
Onlar nə dedilər?
Yaşar Hüseynov: «Təbii ki, ötən mövsüm çempionluğu son anda əldən verdikdən sonra cari mövsüm «qızıl» qazanmaq sevindiricidir. Bizim əsas məqsədimiz əsas komandaya futbolçu yetişdirməkdən ibarətdir. Klubda rəhbərlik sistemli olaraq inkşaf üçün yeni layihələr həyata keçirir. «Qarabağ»ın məqsədi bəllidir. İnanıram ki, cari qələbədən sonra daha 2-3 futbolçumuz əsas komandaya yüksələcək».
Səttar Əliyev: «Bir-bir bütün futbolçuların alnından öpürəm. Həqiqtən əsl xarakter nümayiş etdirdilər. Bizim ən böyük üstünlüyümüz odur ki, bizdə hər kəs «Qarabağ» adının məsuliyyətini bilir. Rəhbərlikdən tutmuş ən sıravi işçiyə qədər hər birini təbrik edirəm. Biz futbolçu olaraq həm kuboku, həm də çempionluğu yaşamışıq. Məşqçi kimi də kubok sevinci yaşamışam. İndi əvəzedicilərin çempionluğu 2 qat sevincdi. Çünki uşaqların qələbəsi sabahımızın qələbəsidir».
Ənvər Axundov: «Bütün «Qarabağ» camiəsini təbrik edirəm. Əvəzedicilərin çempionatı cəmi 2-ci dəfə keçirilsə də, ötən il 2-ci bu il çempion olmaqla düzgün yolda olduğumuzu göstərmişik. İnşallah, gələn illərdə də eyni yolu davam etdirmək istəyirik. Ən əsası uşaqların əzmini, arzusunu gördükdə yeni istedadların parlayacağını görmək olar».
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu
"İmişli" 5 qolla qalib gəldi
“Sabahın Ulduzları”: Sabahdan daha uzağa uzanan yol
"Qəbələ"də nigeriyalı futbolçu