"Neftçi”nın rumıniyalı futbolçusu Marian Aliutanın müsahibəsi
- Həftəsonu səfərdə "Qəbələ" ilə qarşılaşacaqsınız. Oyuna hazırlıq necə gedir?
- Hər şey qaydasındadır. Oyunun məsuliyyətini anlayırıq. “Qəbələ” və “Qarabağ”la qarşılaşmalar bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bilirsiniz ki, “Qəbələ” ilə oyunda məğlub olan tərəf Avropa Liqasına getmək arzusunun üstündən xətt çəkəcək. Ona görə də bu matçdan 3 xalla ayrılmalıyıq.
- Cari mövsümdə “Neftçi” hələ ki, “Qəbələ”ni məğlub edə bilməyib. Səncə, bu uğursuzluğa son qoya biləcəksiniz?
- Bunun üçün əlimizdən gələni edəcəyik. Düzdür, cari mövsümdə “Qəbələ”yə qalib gələ bilməmişik. Ancaq buna fikir verməməliyik. İrəli baxmaq lazımdır. Nəyin bahasına olursa-olsun, bu dəfə “Qəbələ”ni udmalıyıq.
- Bilirsən ki, “Qəbələ” ev oyunlarını süni örtüklü meydançada keçirir. Bu, sizə problem yaratmayacaq ki?
- Problem yarada bilər. çünki süni örtüklü meydançada oynamaq əlavə çətinlik yaradır. Ancaq bunu bəhanə etməməliyik.
- “Qəbələ” fiziki cəhətdən güclü komandadır. Əsasən “ikinci mərtəbədə” yaxşı təsir bağışlayır. Rəqibin bu üstünlüyündən çəkinmirsiniz ki?
- Deyilənlərlə razıyam. “Qəbələ”, həqiqətən də, fiziki cəhətdən güclü komandadır. Biz də çalışmalıyıq ki, daha çox qaçmaqla və daha çox mübarizə aparmaqla rəqibin üstün cəhətlərini yox edək. Bayaq dediyim kimi, bu, bizim Avrokuboka vəsiqə qazanmaq üçün son şansımızdır. Deməli, səhv etməyə haqqımız yoxdur.
- “Neftçi”nin cari mövsümdəki çıxışını necə dəyərləndirirsən?
- Stabil çıxış edə bilmədik. Bəzi matçlarda güclü, bəzilərində isə zəif oynadıq. Yəni əsas problemimiz stabilliyin çatışmaması oldu.
- Azərbaycan çempionatının səviyyəsi səni qane edir?
- Çempionatınız orta səviyyədədir. Nə çox yaxşıdır, nə də çox pisdir.
- Səncə, bizim futbolda nə çatışmır?
- Baza. Azərbaycan futbolunun əsas problemi əksər klubların bazalarının olmamasıdır. Sizin yaxşı futbolçularınız var. Ancaq bu, ölkədə futbolun inkişaf etməsi üçün yetərli deyil. İnkişaf ilk növbədə, bazadan başlayır. Mənim üçün maraqlıdır, “Neftçi” kimi maddi dayağı güclü olan klubun niyə bazası yoxdur? Azərbaycanda stadionların durumu faciəvidir. Bütün dünyada stadion inşa edərkən ilk növbədə ot örtüyünə diqqət yetirirlər. Burada isə əksər stadionların ot örtüyü pis gündədir.
- Azərbaycanda hansı klubun oyununu bəyənirsən?
- “Xəzər Lənkəran”ın. Təkcə oyununa görə yox, şəxsi bazasının, Avropa səviyyəli stadionunun və keyfiyyətli futbolçularının olmasına görə “Xəzər Lənkəran”ı digərlərindən üstün hesab edirəm. Fikrimcə, Avropada uğurlu çıxış etmək üçün Lənkəran klubuna daha 2-3 səviyyəli legioner lazımdır.
- Bəs hansı azərbaycanlı futbolçuların oyununu bəyənirsən?
- Ruslan Abışovun adını çəkə bilərəm. Həm gəncdir, həm də perspektivlidir. Eşitdiyimə görə, ona xarici klublardan təkliflər gəlir. Bunu dəyərləndirməlidir. Araz Abdullayevin də oyununu bəyənirəm. O da hələ gəncdir və gələcəyi qabaqdadır.
- “Neftçi” ilə müqavilən nə vaxt başa çatır?
- Müqaviləmin sonuna az qalıb. 2 oyundan sonra sövdələşmənin müddəti başa çatır.
- Azərbaycanda qalmaq istəyirsən?
- Hələ ki, “Neftçi” rəhbərliyi mənə yeni müqavilə təklif etməyib. Əvəzində başqa klublardan təkliflər gəlir. Buxarest “Dinamo”su mənimlə ciddi şəkildə maraqlanır və artıq onlardan təklif almışam. Bu komanda hazırda Rumıniya çempionatında Avrokuboklara düşmək uğrunda mübarizə aparır. Hələ dəqiq bilmirəm, karyeramı harada davam etdirəcəyəm. “Neftçi” rəhbərliyi qalmağımı istəsə, təklifi dəyərləndirərəm. Qalası olsam, lap yaxşı, yox, əgər qalmağımı istəməsələr, “Dinamo”nun təklifinə razılıq verəcəyəm. Bir də “Neftçi”dəki karyeram avrokuboklara düşüb-düşməməyimizdən asılıdır.
- “Neftçi”yə gəlməmişdən əvvəl Azərbaycan çempionatında çıxış edən hansı legionerləri tanıyırdın?
- “Xəzər Lənkəran”da oynayan İvan Svetkovu tanıyırdım. Svetkov yaxşı futbolçudur. Bir də Jabanı tanıyırdım. Balacaboy olsa da, yaxşı hücumçudur. “Neftçi”də də səviyyəli legionerlər çıxış edir. Elə biri Adrian Neaqadır. Neaqa cari mövsümdə “Neftçi”nin ən çox qol vuran futbolçusudur.
- Arif Əsədovla münasibətin necədir? Onu bir məşqçi kimi necə xarakterizə edərdin?
- Perspektivli məşqçidir. Necə məşqçi olduğunu zaman göstərəcək. Futbol belədir ki, əgər məşqçi nəticə qazana bilmirsə, deməli, zəif məşqçidir.
- Bir neçə tur öncə “İnter”lə qarşılaşmada Əsədov səni ikinci hissədə meydançaya buraxdı və bir neçə dəqiqədən sonra əvəzlədi. Həmin vaxt bu sənə pis təsir etmişdi. Yəqin ki, karyeranda ilk dəfədir ki, bu cür halla qarşılaşırdın...
- Bəli. Bundan qabaq belə halla üzləşməmişdim. İlk dəfə idi ki, başıma bu cür iş gəlirdi. Şübhəsiz, Əsədovun qərarı mənim üçün xoş olmadı. 20 yaşında deyiləm ki, məni əvəzetmədən oyuna daxil edib, sonra da çıxarasan. Nə isə, bu məsələ ilə bağlı çox danışmaq istəmirəm. Görünür, məşqçi belə lazım bilib. Əsədovun qərarına hörmətlə yanaşıram.
- “Neftçi”də daha çox kiminlə dostluq edirsən?
- Təbii ki, mənə ən yaxın olan şəxs Neaqadır. Onunla çoxdandır ki, bir yerdə oynayırıq. Digər komanda yoldaşlarımla da yaxşı münasibətdəyəm. Mənim heç kimlə problemim yoxdur.
- Səncə, “Neftçi”nin hansı mövqeyində çatışmazlıqlar var?
- Bu, mənim işim deyil. Hansı mövqedə problemin olduğunu məşqçi yaxşı bilir.
- Rumıniya futbolu ilə Azərbaycan futbolu arasında nə kimi fərq görürsən?
- Bizim futbolun tarixi qədimdir. Azərbaycan futbolunun da öz tarixi var. Əvvəllər “Neftçi” SSRİ çempionatında çıxış edib. Ancaq Rumıniyada futbola münasibət fərqlidir. Bizdə küçədə hamı futboldan danışır. Məncə, Azərbaycan futbolunun zamana ehtiyacı var. Vaxt gələcək, sizdə də futbola münasibət fərqli olacaq.
- Sonuncu sualımı vermək istəyirəm. Vaxtilə Adrian Mutu ilə Rumıniya yığmasında bir yerdə çıxış etmisən. İndi onunla əlaqə saxlayırsan?
- Düzdür, Mutu ilə yığmada bir yerdə oynamışıq. Rumıniyaya gedəndə imkan tapanda görüşürük. İndi əlaqə saxlamıram. Ancaq Neaqa onunla tez-tez əlaqə saxlayır. Onların hər ikisi eyni şəhərdəndir. Ona görə də Neaqanın Mutu ilə münasibəti daha yaxşıdır.
Mənbə: "Çempion-Azərbaycan" qəzeti
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video
“Son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı”
"Mançester Siti" İngiltərə Liqa kubokunu qazandı
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Azərbaycan millisinin məşqindən - Şəkillər