Mövsümün böyük hissəsini uğurlu çıxış etməsinə baxmayaraq, hazırda kubokdakı mübarizəsini dayandıran, Premyer Liqada isə lider “Xəzər Lənkəran”dan 2 xal geridə qalan “İnter”də islahatlara artıq indidən start verilib. Qol.Az-ın məlumatına görə, paytaxt klubu mövsümün başa çatmasını gözləmədən legionerlərindən biri ilə yollarını ayırıb. Bu barədə Qol.Az-a klubun prezidenti Georgi Nikolov məlumat verib. Onun sözlərinə görə, serbiyalı yarımmüdafiəçi Qoran Arnaut “bankirlər”lə yollarını ayrılıb.
Nikolov bu ayrılığın səbəbini də açıqlayıb: “Onun ailəsində problemləri olduğu üçün getmək istədiyini bildirdi. Bildiyimə görə, həyat yoldaşının səhhətində problem yaranıb. Hansı ki, o xanım da hamilə idi. Qoran bizə müraciət edərək xanımının yanına getmək istədiyini bildirdi. Biz də öz növbəmizdə onun bu istəyinə qarşı çıxmadıq və yollarımızı ayırdıq. Onsuz da müqaviləsi mövsümün sonunda başa çatırdı deyə, birdəfəlik ayrılmaq qərarına gəldik. Açığı, nə biz onun qalmasında maraqlıydıq, nə də o. Bir sözlə qarşılıqlı razılıq əsasında əməkdaşlığımızı dondurduq”.
“Bankirlər”in cari mövsümdə az oynayan, kobud səhvləri ilə yadda qalan digər serbiyalı futbolçusu, müdafiəçi Milan Zaqorats və daha çox əvəzedici komandada gün keçirən belaruslu hücumçu Vitali Ledenyovla da vidalaşacağı gözlənilir. Lakin klub rəhbəri hələlik onlarla bağlı qəti qərarın verilmədiyini deyir: “Mövsümün sonunda komandadan kimlərin gedəcəyini indidən dəqiq söyləyə bilmərəm. Təbii ki, bunu mən yox, məşqçilər korpusu müəyyənləşdirəcək. Hər halda oturub məsləhətləşmələr aparacağıq, kimlərin faydalı, kimlərin faydasız olduğunu aydınlaşdıracağıq. Bu haqda indidən nəsə söyləməyi mənasız hesab edirəm. Çünki hələ iki oyunumuz var qarşıda. İndidən kimisə narahat etmək istəmirəm. Müqaviləsi bitən futbolçularımız var və onlar çətin ki, komandamızda çıxışını davam etdirsin. Buna baxmayaraq, böyük ehtimalla komandanın özəyini qoruyub saxlayacağıq”.
Nikolov gedənlərin əvəzində yeni futbolçular almağa hazırlaşdıqlarını da deyir: “Bildiyimə görə, baş məşqçimiz Kaxaber Sxadadze seleksiya işlərini müəyyənləşdirib. O, bir neçə mövqeyə, əsasən də müdafiə və hücum xəttinə daha səviyyəli oyunçular axtarır. Yəqin ki, komandamızda gələn mövsüm üçün 4-5 yeni futbolçu olacaq”.
O, hazırda icarə əsasında “Karvan”da çıxış edən Xaqani Məmmədovun yenidən müqavilə ilə bağlı olduğu “İnter”ə dönmək perspektivinə də toxunub: “Dünən onunla bu barədə söhbətimiz oldu. Məmmədovun “Karvan”la icarə müqaviləsinin müddəti iyunda bitir. Ancaq Xaqaninin qayıtması da yalnız məndən asılı olan məsələ deyil. Buna da məşqçi korpusu qərar verəcək. Təbii ki, yenidən komandaya dönməsi məsləhət görülsə, qaytaracağıq. İstənilən halda onun taleyinə sonra aydınlıq gətirəcəyik”.
“İnter”in prezidenti sonda komandasının çempionluq şanslarından da danışıb: “Nə qədər təəssüfləndirici olsa da, deməliyəm ki, artıq heç də hər şey özümüzdən asılı deyil. Məsələ burasındadı ki, qalan iki oyunda maksimum xal yığsaq belə, bu, komandamızın liderliyinə şərait yarada bilməz. Bunun üçün istənilən halda rəqiblərimizin xal itkisinə ümid bəsləmək məcburiyyətində qalacağıq. Belə götürəndə bütün iddialıların çempionluq şansı 50-nin 50-di. Hər halda ümidimizi itirmirik. Sonadək mübarizəmizi davam etdirəcəyik. Amma hər şeyin bizim istəyimizə uyğun cərəyan edəcəyinə inamım azdı. İndiki halda əsas diqqətimizi qarşıdakı oyunda “Bakı”nı udmağa yönəltmişik. Bu dueldə qələbə qazana bilsək, şanslarımızı saxlamış olacağıq. Uduzacağımız halda isə hər şeyin sonu olacaq”.
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video
“Son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı”
"Mançester Siti" İngiltərə Liqa kubokunu qazandı
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Azərbaycan millisinin məşqindən - Şəkillər