AFFA qalib media işçilərini mükafatlandırdı

AFFA qalib media işçilərini mükafatlandırdı
XƏBƏR 7 May 2010 / 15:30 1663
-  A +

Bu gün Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində «Şərq» qəzetinin təşkilatçılığı, «Akkord» Şirkətlər Qrupunun sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan KİV komandaları arasında mini-futbol turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, turnirin qalibi olan AzTV-nin, ikinci yeri tutmuş İctimai Televiziyanın və üçüncü yer uğrunda oyunda qələbə qazanmış Space televiziyasının komandası turnirin təşkilatçısı, sponsoru və AFFA tərəfindən mükafatlandırılıb. Turnirin keçirilməsində göstərdiyi dəstəyə görə AFFA-ya «Şərq» qəzetinin və «Akkord» Şirkətlər Qrupunun hədiyyələri təqdim olunub.


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner