Bu gün “Xəzər Lənkəran”ın məşqçi və futbolçuları Lənkəran türk liseyininin şagirdləri ilə görüşüblər. Qol.Az-ın “12-ci oyunçu” azarkeş qrupuna istinadən məlumatına görə, iki gün öncə liseyin müdiri Murad Kadifeçinin dəvətini qəbul edən “ağ-yaşıllar” görüşü məhz ölkə kubokunun finalına vəsiqə qazanandan sonra - bu gün gerçəkləşdirməyi qərara alıb.
Görüşdə məşqçi heyyətindən Ağasəlim Mircavadov, Tofiq Mustafayev, Tərlan Əhmədovla yanaşı, futbolçulardan,Kamran Ağayev, Devran Ayhan, Rahid Əmirquliyev, Kristian Kabral, Mario Souza, Dmitri Kramarenko və Ramazan Abbasov da iştirak ediblər. Liseyin müdiri tədris müəssisəsinin pedaqoji kollektivinin ümumi rəyinə əsasən təyin olunan,Azərbaycan futbolunda ilin ən yaxşıları nominasiyaları üzrə mükafatçılara xüsusi diplomları təqdim edib. Ağasəlim Mircavadov 2009/10-cu futbol ilinin ən yaxşı məşqçisi, Kamran Ağayev ən yaxşı qapıçısı, Allan Lalin ən yaxşı futbolçusu adına layiq görülərək mükafatlarını alıblar. İlin ən yaxşı klubu kimi “Xəzər Lənkəran” seçildiyindən, mükafat klubun icraçı direktoru Höccət Hacıyevə təqdim olunub. Ağasəlim Mircavadov da “Xəzər Lənkəran” atributlarını və üzərində “12” yazılmış və komandanın bütün futbolçularının imzası olan futbolçu köynəyini onlara hədiyyə edib.
Bundan sonra şagirdlər məşqçi və futbolçuları sual atəşinə tutublar. Mircavadova ünvanlanan bir suala verilən cavab da kifayət qədər maraqlı alınıb: “Denis Kalinkov çempionat matçlarında sonradan oyuna daxil olduğu halda, niyə kubok görüşlərində bütün oyunu meydanda olur?” sualına baş məşqçi “Bu mənim bir sirrimdir” deyə cavablandırıb.
Klubun icraçı direktoruna isə komandanın avrokuboklarda ev oyunlarını hansı stadionda keçirəcəyinə dair sual verilib. Elə onun cavabı da kifayət qədər maraqlı və cəlbedici alınıb “Xəzər Lənkəran” avrokuboklarda bütün ev oyunlarını “Fırtınalar Meydanı”nda keçirəcək, Hətta “İnter” də bu turnirdə iştirak edəcəyi təqdirdə Lənkəranda oynamaq arzusundadır”.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır