“Qarabağ” “Xəzər Lənkəran”la oyuna 3 ciddi itkiylə çıxacaq. Bu haqda Qol.Az-a Ağdam təmsilçisinin çalışdırıcısı Qurban Qurbanov özü məlumat verib.
Bazar günü Unibank Premyer Liqasının 31-ci turu çərçivəsində özündən 4 xal qabaqda olan lider “Xəzər Lənkəran”la görüşəcək ağdamlıların düşərgəsində zədə problemi ciddi narahatlıq doğurur. Qurbanovun sözlərinə görə, prinsipial və vacib əhəmiyyət daşıyan qarşılaşmada əsas orta sahə oyunçularının xidmətindən yararlana bilməyəcək: “Rəşad Sadiqovun mövsümün sonunadək sıradan çıxması artıq xeyli əvvəldən bəlli idi və bununla barışmışdıq. Mövsümün sonu olduğundan başqa itkilərimizin olmamasını arzulayırdıq. Ancaq belə olmadı. Tərslikdən “Xəzər Lənkəran”la vacib qarşılaşma ərəfəsində Əfran İsmayılov da sıradan çıxdı. O da bizə kömək edə bilməyəcək. Eyni zamanda Aslan Kərimov da əzələsini dartdığından çox güman ki, qarşıdakı görüşdə forma geyməyəcək. Qalan oyunçularımızın da bəzisində kiçik problemlər var. Amma həkimlərin səyi sayəsində onların xidmətindən istifadə edə biləcəyimizə inanıram”.
Qurbanov Rəşad Sadiqovun ardınca, Əfran İsmayılovun da mövsümün sonunadək sıradan çıxmasına üzüldüklərini gizlətməyib: “Əfran son oyunlarda həqiqətən də komandanın bir parçasına çevrilmişdi və onun bu şəkildə zədələnməsi təsir etməyə bilməzdi. Amma istənilən çətniliyə rəğmən ruhdan düşməməyə çalışırıq. Bizdə hər bir oyunçunu əvəzləyəcək futbolçular var. Yəqin ki, çalışıb onun da yoxluğunu hiss etdirmərik. Düzdü, hələlik onun mövqeyində kimi oynadacağımı müəyyənləşdirməmişəm. Son qərarı oyun ərəfəsində, uşaqların hazırlıq səviyyəsinə uyğun olaraq verəcəm”.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır