Xaqani Məmmədov: «Lazım olsa, birinci dəstədə də oynayaram»

Xaqani Məmmədov: «Lazım olsa, birinci dəstədə də oynayaram»
XƏBƏR 5 May 2010 / 15:17 1988
-  A +

“Mən “Karvan”a böyük ümidlərlə gəlmişdim. Lakin oyunumuz heç cür alınmadı və yüksək liqanı tərk etmək məcburiyyətində qaldiq”. Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Karvan» klubunun hücumçusu Xaqani Məmmədov deyib. Dövrələrarası fasilədə «İnter»dən Yevlax klubuna transfer olunan X.Məmmədov onların matçlarına təyinat alan gənc hakimlərin kobud səhvlərinin də oyunlarına mənfi təsir göstərdiyini söyləyib: «Nəticədə “Karvan” birinci diviziona yuvarlandı. Ancaq bu, futboldur,  hər şey baş verə bilər. Gələcək mövsüm digər komandalardan təklif gələrsə, getmək fikrindəyəm. Bununla belə, əgər Yunis Hüseynov mənə etimad göstərsə, “Karvan”da qalıb kariyeramı davam etdirəcəyəm. Lazım olsa, birinci dəstədə də çıxış edərəm».

Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib