“Tvente” klubunun heyətində Hollandiya çempionu olan Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadova bahalı “Rolex” qol saatı hədiyyə edilib. Bu haqda Vaqif Cavadovun atası Füzuli Cavadov məlumat verib.
Onun sözlərinə görə, “Tvente” mayın 2-də Breda şəhərində NAC komandasını 2:0 hesabı ilə yenərək, çempion olduqdan sonra qızıl medal və rəmzi mükafata layiq görülüb. Mükafatlandırılanlar arasında adı klubun sifariş ərizəsində olan 22 futbolçu, o cümlədən, Vaqif Cavadov da olub. Bundan sonra “Tvente” Enshede şəhərinə qayıdıb. Komanda Tvente vilayətindən təmsil etdiyi şəhərə xüsusi üstüaçıq avtobusla gəlib. Şəhər sakinləri sevimli komandalarını böyük meydanda coşqularla qarşılayıblar.
Ertəsi gün “Tvente”nin baş məşqçisi Stiv Maklarenin 49 yaşının tamamlanması və çempionluq münasibətilə mərasim təşkil olunub. Tədbirdə komandanın üzvləri də mükafatlandırılıb.
Füzuli Cavadov oğlunun çox güman ki, bu gecə Bakıda olacağını bildirib: “Əvvəlcədən Vaqifin bileti mayın 7-ə nəzərdə tutulmuşdu. Lakin o, biletini mayın 5-ə dəyişdirməli idi. Dəyişdirə bilsə, bu gün İstanbul reysi ilə Bakıya gələcək”.
“Tvente” rəhbərliyi bütün futbolçularına 1 aylıq məzuniyyət verib. Bu müddətdə Vaqif Cavadov yığmamızın mayın sonlarında Avstriyada keçirəcəyi təlim-məşq toplantısı və yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. Komandamız mayın 26-da Moldova, mayın 29-da Makedoniya, iyunun 2-də isə Hondurasla qarşılaşacaq.
Mənbə: lent.az
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır