Bu gün keçiriləcək 2 oyunla ölkə kubokunun finalçıları müəyyənləşəcək. Qol.Az-ın məlumatına görə, həlledici görüşün iştirakçıları Bakı və Lənkəranda bəlli olacaq.
İlk oyunlardan sonra “Xəzər Lənkəran”la “İnter”in finala çıxmaq şansı daha çoxdur. Hər halda bir həftə öncə münasib nəticə qazanan bu komandalar cavab görüşlərini evdə keçirəcəklər. Üstəlik, cənublularla bank təmsilçisinin rəqib meydanında vurduğu qollar onlara böyük üstünlük verir. Adətən öz meydanında uğurla çıxış edən, nadir hallarda uduzan “Xəzər Lənkəran”a həlledici görüşə vəsiqə qazanmaq üçün qolsuz heç-heçə də yetərlidir. Ancaq sözsüz ki, lənkəranlılar meydana nəticəni qorumaq yox, qələbə qazanmaq üçün çıxacaq. Hər halda, ehtiyatlı oyun, 0:0 hesabını qorumaq sonda meydan sahiblərinə baha başa gələ bilər. Üstəlik, “Olimpik-Şüvəlan” çempionatda Lənkəranda uduzsa (1:2) da, hər halda, qol vurmağı bacarıb.
“Olimpik-Şüvəlan”dan fərqli, “Bakı”nın işi daha çətindir. Son ölkə çempionu təkcə səfərdə qol vurmalı yox, qalib gəlməlidir. “İnter” istənilən heç-heçə ilə həlledici oyuna çıxacaq. Sona iki tur qalmış 2 xal üstünlüklə lider olan “Xəzər Lənkəran”ın çempion olmaq şansının çox olduğunu nəzərə alsaq, finala yüksəlmək “Bakı”ya çox lazımdır. Axı çempion həm də ölkə kubokunu qazansa, finalçı çempionatdakı nəticəsindən asılı olmayaraq, avtomatik avrokuboka yollanacaq. Özü də bu halda, bakılılar Avroliqada mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
Yeri gəlmişkən, bu gün baş tutacaq ölkə kubokunun cavab yarımfinal görüşləri Ağasəlim Mircavadov və “İnter” üçün böyük əhəmiyyət kəsb edəcək. Məsələ burasındadı ki, “İnter” “Bakı”nı mübarizədən kənarlaşdırarsa, ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə ölkə kubokunun finalına çıxacaq. “Xəzər Lənkəran” isə 6 illik tarixində Mircavadovun baş məşqçisi olduğu dövrdə nəinki finala çıxır, ölkə kubokunu qazanır. Bu, ardıcıl iki mövsüm – 2007 və 2008-ci illərdə olub. Maraqlıdır ki, Lənkəran təmsilçisi Mircavadovsuz dövrlərdə adətən yarımfinal səddində ilişir.
“Xəzər Lənkəran”la “İnter”in yolu artıq bir dəfə finalda kəsişib. Bu, 2008-ci ildə baş verib və braziliyalı yarımmüdafiəçi Juninyo Osvaldo əlavə vaxtda etdiyi dublla (2:0) cənublulara ardıcıl ikinci dəfə kuboku qazandırıb. “İnter” üçün nəinki “Xəzər Lənkəran”la, ümumiyyətlə final oyunları uğursuz olub. Belə ki, 2005-ci ildə “Bakı” (2:1), ötən il isə “Qarabağ” (1:0) “bank təmsilçisi”nə həlledici görüşdə qalib gələrək, kuboka yiyələnib.
Qeyd edək ki, ilk oyunlardan sonra finala çıxmaq şansı “Xəzər Lənkəran” və “İnter”dən az olan “Olimpik-Şüvəlan”lə “Bakı” kubokda fərqli nəticə göstərib. İndiyədək bir dəfə ölkə kubokunun finalına çıxan “Bakı” ilk cəhdində titul qazanıb. “Olimpik-Şüvəlan” isə 5 illik tarixində ölkə kubokunda ən yüksək göstəricinə cari mövsümdə yarımfinala çıxmaqla imza atib.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır