Jaba söz verdi: “İnter”ə yenə qol vuracağam”

Jaba söz verdi: “İnter”ə yenə qol vuracağam”
XƏBƏR 5 May 2010 / 11:00 1736
-  A +

“İnter”lə oyun çətin keçəcək. İlk görüşdə çox təəssüf ki, rəqibə məğlub olduq. Amma hələ təslim olmamışıq. Qarşıda bizi minimum 90 dəqiqə gözləyir”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın braziliyalı hücumçusu Jaba deyib.
Paytaxt təmsilçisi bu gün ölkə kubokunun cavab yarımfinal oyununda “İnter”lə qarşılaşacaq. Bu oyunla bağlı klubun rəsmi saytına fikirlərini açıqlayan braziliyalı futbolçu meydana qələbə qazanmaq üçün çıxacaqlarını bildirib: “Bütün gücümüzü meydanda qoyacağıq. İnanıram ki, finala yüksələn komanda məhz “Bakı” olacaq. Çempionatda olduğu kimi, çalışacağam ki, kubokda da yenə “İnter”ə qol vurum. Amma əsas olan mənim fərqlənməyim yox, “Bakı”nın finala vəsiqə qazanmasıdır”.

Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib