Getmanın "Neftçi"dəki debütü uğurlu oldu

XƏBƏR 4 May 2010 / 19:48 2026
-  A +

"Neftçi"nin əvəzedici heyəti bu gün Azərbaycan çempionatının 28-ci turundan təxirə salınan görüşdə "Muğan"ın qonağı olub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İqor Getmanın baş məşqçi postunda ilk oyunu kimi yadda qalan bu matçda "ağ-qaralılar" 2:1 hesabı ilə qalib gəliblər. Matça fəal başlayan "Neftçi" Ağabala Ramazanovun sayəsində hesabı açıb. "Muğan" fasiləyədək cavab qolu vursa da, ikinci hissə yenə "Neftçi"nin üstünlüyü şəraitində keçib. Azər Məmmədov fərqlənərək, qələbə topunun müəllifinə çevrilib. Bu qələbədən sonra xalını 25-ə çatdıran "Neftçi" 3-cü yerə qalxıb.
 


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner