AFFA İntizam Komitəsinin bu günkü iclasında Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatında, eləcə də birinci diviziondakı son olaylarla da bağlı bəzi qərarlar çıxarılıb. Qol.Az-ın məlumatına görə, əvəzedicilərin çempionatının 26-cı turunun təxirə salınmış “İnter” – “Neftçi” meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. 30-cu turun “Karvan” – “Simurq” matçının 67-ci dəqiqəsində qonaqların futbolçusu İlkin Qırtımov rəqibini vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Qarabağ” – “Neftçi” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 59-cu dəqiqəsində “Neftçi”nin üzvü Slavik Alxasov rəqibini ayaqla vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub. “Bakı” – “Muğan” matçında isə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Birinci divizionunun 20-ci turunun “Rəvan” – “MKT-Araz” matçının 22-ci dəqiqəsində qonaq komandanın futbolçusu Elçin Cəfərov sonuncu umud fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunur. “ABN-Bərdə” – “Neftçi” İSM matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Matçın 81-ci dəqiqəsində “ABN-Bərdə”nin futbolçusu İsmayıl Kərimov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Ədliyyə” – MOİK matçının 85-ci dəqiqəsində qonaqların futbolçusu Ramil Əliyev rəqibini vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı