Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Qol.Az-ın məlumatına görə, tədbirdə Unibank Premyer Liqasının 30-cu turunun bəzi oyunlarında baş verən qanun pozuntuları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
Son turun “Neftçi” – “Xəzər Lənkəran” matçında qonaqlar üçün ayrılmış sektorda azarkeşlər tərəfindən 44 ədəd oturacaq sındırıldığından “Xəzər Lənkəran” dəymiş ziyana əsasən “Neftçi” klubunun təqdim edəcəyi hesabı ödəməli olacaq.
“Karvan” – “Olimpik-Şüvəlan” matçında qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Karvan”ın futbolçusu Ceyhun Adışirinov rəqibini ayaqla vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“Standard” – “Muğan” matçında qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. “Qəbələ” – “Bakı” matçının 90+1-ci dəqiqəsində azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığı üçün meydan sahibi 2000 manat cərimə olunub.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı