AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqibi olan Belçika yığmasını Bakıya gətirəcək mütəxəssisin kimliyinə aydınlıq gəlib. Qol.Az-ın məlumatına görə, baş məşqçi axtarışlarını yekunlaşdıran belçikalılar Dik Advokaatın gedişindən sonra boş qalan posta Jorj Leekensi gətirmək qərarına gəliblər. Belçika mətbuatının yazdığına görə, ölkənin futbol federasiyası hazırda “Lokeren”in sükanı arxasında çalışan 60 yaşlı mütəxəssislə danışıqlar aparıb və qarşılıqlı razılıq əldə olunub.
Qeyd edək ki, Leekens əvvəllər də (1997-99-cu illərdə) Belçika yığmasında çalışıb. O, 1998-ci ildə Fransada keçirilən dünya çempionatında Belçika yığmasına başçılıq edib. Lakin onun komandası Hollandiya, Meksika və Cənubi Koreya ilə eyni qrupda keçirdiyi hər 3 görüşdə heç-heçə etməklə, 1/8 finaldan kənar qalıb. Vətənində “Serkl Brügge”, “Anderlext”, “Gent”, “Brügge”, “Mexelen”, “Kortriyk”, “Şarlerua”, “Muskron” kimi klubları çalışdıran Leekens bundan başqa, Türkiyədə “Trabzonspor”, Hollandiyada “Roda”, Səudiyyə Ərəbistanında “Əl-Hilal”ın baş məşqçisi olub. 26 illik zəngin məşqçilik karyerasına malik olan Berti Foqtsun yeni rəqibi Əlcəzair millisində də baş məşqçi kimi çalışıb.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı