Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində FİFA-nın prezidenti Yozef Blatterlə AFFA prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Qol.Az-ın məlumatına görə, AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla baş katib Elxan Məmmədovun iştirak etdiyi görüşdə 2008-ci il ərzində Azərbaycan futbolunda baş verən yeniliklər, həyata keçirilən layihələr barədə FİFA prezidentinə məlumat verilib. Beynəlxalq futbol qurumunun rəhbərliyinə bildirilib ki, AFFA tərəfindən ötən il ölkəmizdə çimərlik futbolu üçün müasir standartlara cavab verən stadion, respublikanın müxtəlif bölgələrində süni örtüklü meydançalar, həmçinin Bakıda futbol akademiyası inşa olunaraq istifadəyə verilib. Bundan əlavə, «Futbol oynayaq, sağlamlığı qoruyaq» layihəsi çərçivəsində bir sıra işlər görülüb. Azərbaycanda ilk dəfə olaraq inşa edilmiş futbol akademiyası barədə ətraflı məlumatı özündə əks etdirən kataloq FİFA prezidentinə təqdim olunub və məlumat verilib ki, futbol akademiyasının işinin yüksək səviyyədə qurulması üçün AFFA rəhbərliyi Avropanın bir sıra qabaqcıl ölkələrinin analoji tədris müəssisələrində olaraq təcrübə mübadiləsi aparıblar. Yozef Blatter AFFA tərəfindən görülən işləri təqdir edərək bildirib ki, futbolun inkişafı naminə həyata keçirilən tədbirlər zamanı bütün digər milli assosiasiyalara olduğu kimi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına da FİFA tərəfindən hərtərəfli yardım göstəriləcək və dəstək veriləcək.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı