"Neftçi"nin Mətbuat və İctiamiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu klubun rəsmi saytına açıqlamasında əvəzedici komandanın baş məşqçisi Nazim Əliyevin istefasının səbəbini açıqlayıb. "Nazim Əliyev ölkəmizin tanınmış mütəxəssislərindən biridir, müstəqil Azərbaycan çempionatlarında ən çox qol vuran futbolçudur. Onun "Neftçi"də həm futbolçu, həm də əvəzedici komandanın baş məşqçisi kimi uğurlu karyerası olub. Əliyevin "Neftçi"dən gedişi isə son uğursuzluqla əlaqədardır. O, ötən həftə "Qarabağ"a 1:6 hesabı ilə uduzduqdan sonra öz xahişi ilə istefa verib. Rəhbərlik də məşqçini başa düşərək, istefa ərzisəni qəbul edib".
Əvəzedici heyətə yeni baş məşqçinin təyin olunduğunu bildirən Elnur Əşrəfoğlu aşağı yaş qruplarından ibarət komandaların inkişafı istiqamətində gələcəkdə də müsbət addımlar atılacağını söyləyib: "Bu gün saat 14-də klub rəhbərliyi əvəzedici komandanın üzvləri ilə görüş keçirdi. Həmin görüşdə baş məşqçi postuna təyin olunan İqor Getman təqdim edildi. Bildiyiniz kimi, Getman buna qədər "Neftçi" Uşaq və Gənclər Futbol Məktəbinin baş məşqçisi vəzifəsini daşıyırdı. Görüşdə qərara alındı ki, nəinki əvəzedici heyətdə, uşaq və yeniyetmələrdən ibarət bütün komandalarımızda mütəxxəsislər çalışsınlar. Hazırda flaqmanda 8 yaşından etibarən komandalar fəaliyyət göstərirlər. Sadıq Sadıqov "Neftçi" PFK-nin prezidenti olduqdan sonra klubumuzda ən prioritet məsələ uşaq və gənclər futbolunun inkişafıdır. Gələcəkdə bu sahə ilə bağlı yenə müsbət qərarlar veriləcək. Uşaq komandalarında ciddi rejimdə iş aparılacaq, baş məşqçilər fəaliyyətləri barədə xüsusi raportlar hazırlayacaqlar. Onlar daima əsas komandanın baş məşqçisi və məşqçiləri ilə məsləhətləşmələr aparacaqlar. Ən perspektivli yeniyetmə və gənc futbolçular əsas komandaya cəlb olunacaqlar. Bir sözlə, "Neftçi"nin gələcəyinin etibarlı əllərdə olduğunu deyə bilərik. Məqsədimiz ölkənin ən köklü klubunda istedadlı, bacarıqlı futbolçular yetişdirməklə, Azərbaycan futbolunun inkişafına töhfə verməkdir".
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır