“Qarabağ”ın və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Rasim Kara “Bursaspor”dan çempionluq gözləyir. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu haqda o, bu günlərdə 1974/75 mövsümündə “Bursaspor”u avrokuboklara çıxaran əfsanə heyət üzvlərinin bir araya gəldiyi görüşdə danışıb. İhsan Kavak, Ali Kahraman, Baykal Tüysüz, Cemil Kezek, Sinan Bür, Feridun Özdiker, Hayrettin Endersert, Vahit Doğan, Vahap Çeki, Kemal Batmaz, Yusuf Çavdar, Sacit Kocabaş, Sedat Özbağ, Sedat Özden, İbrahim Altıngöz, İsmail Emil, Tahsin Topçu, Gündüz Özebe, Hasan Bora ve Hasan Kaya kimi keçmiş “Bursaspor”luların görüşündə söz alan Kara vaxtilə “Beşiktaş”ın da şərəfini qorumasına, uğurları üçün çalışmasına baxmayaraq, Ertoğrul Sağlamın komandasından çempionluq gözlədiyini bəyan edib: “Bursaspor”da da, “Beşiktaş”da da həm futbolçu kimi top qovmuşam, həm də baş məşqçi kimi fəaliyyət göstərmişəm. Amma hazırkı məqamda “Bursaspor”un çempionluğa daha layiq olduğunu düşünürəm. Çünki mövsümün əvvəlindən bəri çox gözəl uğurlar qazanmaqdadılar. Məhz bu üzdən hər kəs “Bursaspor”un çempionluğunu istəyir. Eləcə də mən”.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı