“Neftçi”də yeni baş məşqçi

“Neftçi”də yeni baş məşqçi
XƏBƏR 3 May 2010 / 14:22 2297
-  A +

"Neftçi"nin əvəzedici heyətinin baş məşqçisi postuna dəyişiklik edilib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən məlumatına görə, son turun “Qarabağ” – “Neftçi” görüşündəki 1:6 hesablı yenilgidən sonra Nazim Əliyev tutduğu vəzifədən istefa verib. Əliyev buna səbəb kimi komandanın son iki oyundakı məğlubiyyətini göstərib. Bundan sonra əvəzedici komandanı İqor Getman çalışdıracaq. Getman bunadək "Neftçi"nin uşaq-gənclər futbol məktəbində baş məşqçi funksiyasını yerinə yetirirdi. Xatırladaq ki, futbolçu karyerası ərzində Azərbaycanda yalnız flaqmanın şərəfini qorumuş keçmiş müdafiəçi sonralar "Neftçi"də köməkçi-məşqçi vəzifəsində çalışıb.


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner